main-post-cover

    Gear S3 "ağıllı" saatının anons tarixi məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Samsung” şirkəti 31 Avqust 2016-cı il tarixində keçiriləcək xüsusi tədbirə olan dəvətnaməni internetdə yayıb. Tədbir 2-7 Sentyabr 2016-cı il tarixlərində keçiriləcək IFA 2016 sərgisindən öncə Berlində təşkil olunacaq.

    Sözügedən tədbir Samsung Gear "ağıllı” saatları üçün nəzərdə tutulub. Dəvətnamə "Talk About 3” (3 haqqında danışaq) şüarı ilə müşaiyət olunur. Anlamaq çətin deyil ki, "Samsung” bu üsulla Gear S3 "ağıllı” saatlarının anonsuna işarə edir. "Technote.az”ın "Samsung.com” saytına istinadən verdiyi xəbərə əsasən yeni saatlar aktiv həyat tərzi və ekstremal idman növləri ilə məşqul olanlar üçün nəzərdə tutulmuş funksiyalar ilə təchiz olunacaq. Həmin funksiyalar arasında spidometr, barometr, altimetr və GPS olacaq. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər