main-post-cover

    Gears of War 4 -dən ilk məlumatlar

    Digər
    07.05.2017
    Brilyant Rasulova
    Nüfuzlu Game Informer jurnalı hamı tərəfindən gözlənilən Gears of War 4 oyunu haqqında ilk məlumatları paylaşıb. Qeyd edək ki, oyun bu ilin sonunda Xbox One üçün satışa çıxacaq. Lakin son günlər oyunun PC üçün də satışa çıxacağı haqqında şaiyələr gəzir.
    - Yeni oyunda bir ekranda iki nəfərlik co-op rejim olacaq (online co-op rejim haqqında məlumat daha sonra paylaşılacaq)
    - Oyunda hadisələr Gears of War 3-dəki hadisələrdən 25 il sonra cərəyan edəcək. Təbii qazıntılar bitəcək və məhv olmaq üzrə olacaq insan sivilizasiyası dəhşətli fırtınalardan qorunmaq üçün böyük divarlarla əhatə olunmuş şəhərlərdə gizlənəcəklər.
    - Oyunda fırtınalar "windflares" adlanacaq. Bu fırtınalar adi fırtınalardan fərqli olaraq vulkanik tipli olacaq
    - Studiya oyunda dinamik hava dəyişikliyi effekti yaradıb. Güclü külək 3-cü səviyyəli fırtınaya çevrilərək düşmənlə döyüşlərdə ciddi problemlər yarada biləcək
    - 4-cü səviyyəli fırtına zamanı isə oyunçu sözün əsl mənasında mübarizə aparmalı olacaq. O yerə vura biləcək güclü ildırımlardan yayınmalı olacaq
    - Oyunu oynayan zaman oyunçular külək haqqında düşünməli olacaqlar. Belə ki, külək əks tərəfə əsərsə bu silahdan atılacaq güllələrin sürətinə ciddi təsir edəcək. Lazımi istiqamətdə əsəcək külək isə oyunçuya daha tez tərpənməyə imkan yaradacaq
    - Düşmənlər də küləyə qarşı həssas olacaqlar. Beləliklə bu özəlliyi onlara qarşı istifadə etmək mümkün olacaq
    - Yeni oyunda hamıya orijinal oyundan tanış olan qorxuducu mühit geri qayıdacaq
    - Oyunun baş qəhrəmanı JD Fenix olacaq. O keçmiş hissələrin baş qəhrəmanı Marcus Fenix-in oğludur. Onun komanda yoldaşları isə Kate Diaz və Delmont Walker olacaq. Hadisələr əhaliyə yeni sirli düşmənlərin hücumu ilə başlayacaq. JD Fenix-in komandası hücumun kimlər tərəfindən edilməsini öyrənmək üçün meşəyə yollanacaq
    - Yeni düşmənlərin adı "The Swarm" olacaq. Komanda həmin düşmənləri məhz meşədə tapacaq. Onlar görünüşcə adi insanlara çox bənzəyəcəklər
    - Həmin düşmənlər "Juvies" adlanacaq. Görünür onlar təkamülün ilk mərhələsi olacaqlar
    - Juvies-lər ani olaraq dronlara təkamül edə biləcəklər. Bu halda onlar silahlardan istifadə edə biləcəklər
    - Digər düşmən növü isə "Pouncer” adlanır. Onları E3 2015 oyun sərgisində göstərmişdilər. Pouncer-lər oyunçunun qərarlarına əsasən döyüş taktikasını dəyişə biləcəklər. Əgər siz onlardan qaçmağa can atsanız onda onlar sizlərə zəhərli maddə ilə atəş açacaqlar. Yox əgər siz hansısa maneənin arxasında gizlənsəniz onlar sizə tərəf qaçmağa başlayacaqlar
    - Studiya maneə arxasında gizlənmək sistemini yenidən qurmaq niyyətindədir
    - Bundan əlavə olaraq düşmənə yaxın olan zaman ona çiyinlə zərbə endirmək mümkün olacaq. Təbii ki, düşmənlər də bu cür xüsusiyyətlərə malik olacaqlar
    - Studiya multiplayer rejimə lazımi diqqəti ayıracaq. Onların sözlərinə görə orijinal oyunda 90% singleplayer rejimə 10% isə multiplayer rejimə diqqət ayrılmışdır. Yeni studiya isə hər iki auditoriyanı məmnun etmək niyyətindədir
    - Oyunçuların Gears of War seriyasında sevdikləri Horde rejimi də geri qayıdacaq.
     

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər