main-post-cover

    Gecənin Bombası: Google möhtəşəm smartfonu Google Pixel XL-i təqdim etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    "Google"un çoxdandır gözlənilən möhtəşəm smartfonu Google Pixel, 2 model ilə rəsmi olaraq təqdim olundu.

    "HTC" istehsalı olan "Google" smartfonları adətən bazara "Nexus" adı altında təqdim olunurdu. "Google" bu dəfə "Nexus" seriyasının sonuna gələrək, yeni seriyanın istehsalına başladı. Az öncə keçirilən təqdimat mərasimində "Google" canavardan fərqlənməyən 2 mükəmməl modelini "Pixel" adı altında ictimaətə təqdim etdi. Təbii ki, ən diqqət çəkən model Google Pixel XL modeli oldu.



    Google Pixel XL Dizayn

    "HTC" istehsalı olması səbəbilə Google Pixel XL cihazı dizayn olaraq HTC 10-a bənzəməkdədir. Nexus ailəsinin davamçısı da olaraq bilinən bu model Nexus ailəsinin izlərini də özündə daşımaqdadır. İki fərqli şəffaf rəng tonuna sahib olan telefonun arxasında kamera, flaş və sensorlar yan-yana quraşdırılıb. Metal haşiyələr ilə premium təsir bağışlayan model ön tərəfdən kifayət qədər sadə dizayn olunmuşdur. 154.7 x 75.7 x 8.6 mm ölçülərə sahib olan Pixel XL-in çəkisi cəmi 168 qramdır. Və bazardakı rəqiblərindən heç də geri qalmır.



    Google Pixel XL Ekran

    Google-un HTC ilə ortaq ərsəyə gətirdiyi bu modelin ön tərəfində son zamanların tələbinə cavab verən və digər modellərdə sıx-sıx qarşılaşdığımız 5.5 düyümlük, 2K keyfiyyətə malik Quad HD ekran yer alır. Gorilla Glass 4 ilə qorunan bu ekran AMOLED panelə sahibdir və qara rənglər daha dərin görünür. Bu isə öz növbəsində rənglərin daha canlı olmasını təmin edir.



    Google Pixel XL Kamera

    12.3 MP kamera keyfiyyəti ilə yaxşı şəkillər çəkməyi bacarsada müasir dövrün standartlarından bir az kənar qalaraq f/2.0 diafraqmalı lensə sahibdir. 8 MP-lik ön kamera ilə isə selfi çəkimləri rahatlıqla və yüksək keyfiyyətdə həyata keçirilə biləcək. Ümumi olaraq dəyərləndirsək kamera keyfiyyətinin standartlar üzərində bir performans ortaya qoyacağı dəqiqdir. DXOMark testlərindən aldığı 89 xal bu telefonun hazırda bazarda mövcud olan telefonlardan daha üstün performans sərgiləyəcəyi iddiasını ortaya atır.

    Google Pixel XL Texniki göstəriciləri

    Google-un yeni canavarı Pixel XL texniki göstəricilərinə görə bazarda demək olar ki, bütün digər smartfonları geridə qoyur və bu texniki parametrlərlə sözügedən model mükəmməl performans ortaya qoyur. Qualcomm-un yeni Snapdragon 821 çipsetindən güc alan Pixel qrafik oynadıcı olaraq Adreno 530-a sahibdir. 4 GB RAM isə Google Pixel-i daha da güclü edir. Performans cəhətdən "Google"un şah əsəri olan bu model bazara çox iddialı bir şəkildə daxil olur. 32 GB128 GB yaddaş həcmləri ilə satışa çıxan model yaddaş baxımından istifadəçilərinə problem yaşatmayacaq kimi görünür. Müasir dövrün bağlantı texnologiyalardan biri sayılan USB TYPE-C bağlantısı bu modeldə öz yerini alıb.



    Google Pixel XL Batareya 

    3.450 mAh batareya gücünə sahib olan Google Pixel enerji baxımından da iddialı görünür. Təxminlərə görə aktiv istfadə zamanı 1 gündən artıq enerji saxlamaq gücü olan Pixel XL istifadəçilərinə enerji problemi yaşatmamaq fikrindədir.

    Google Pixel Yeni Android ara üzü

    Google Pixel-də təqdim olunan yeni Android ara üzü Pixel Launcher adlandırılır. Çox asan ara keçimləri və donmayan bir performans sərgiləyəcəyi iddia olunan bu ara üzdə qismən dəyişikliklər baş versə də, ümumi olaraq istifadəsi çox rahatdır və problem yaşatmır. Ən azından Google-un Androidi necə optimizasiya etdiyi hamımıza məlumdur və bu mövzuda Google-a güvənmək olar deyə düşünürük. Bundan əlavə Google Asistant ilə iOS-un Sirisi-ni bir növ istifadəçilərinə təqdim edir. Və bunun sayəsində tez bir zamanda səsli əmrlərlə telefonu idarə etmək olur. Yenilik olaraq isə Pixel XL modeli Daydream texnologiyasını dəstəkləyir. Qeyd edək ki, Daydream View Google-un yeni təqdim etdiyi virtual reallıq cihazıdır.



    Google Pixel XL qiyməti

    Google bu yeni model cihazı 649 dollardan başlayan qiymətlərlə bazarda satışa çıxarılacaq.


    Linki kopyala