Gecəyə damğa vuran "Samsung" oldu. Yeni "Galaxy Tab S3" və "Galaxy Book"

Gecəyə damğa vuran "Samsung" oldu. Yeni "Galaxy Tab S3" və "Galaxy Book"

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
Barcelonada keçirilən "Mobil Dünya Konqresi" tam sürəti ilə davam edir. Gecəyə damğa vuran təqdimatlardan biri də "Samsung"dan gəldi. Gözlənildiyi kimi, "Samsung" bu konfransda "Galaxy S8" modelini təqdim etmədi və konfrans sonunda yeni telefon modelinin 29 Mart tarixində tanıdılacağını elan etdi. Əlavə olaraq "Samsung" bu gecə, yeni 5G texnologiyası və bu texnologiya üçün olan cihazlarını, eyni zamanda 2 yeni tablet modelini və yenilənmiş "Gear VR" üçün kontrolleri təqdim etdi.

5G texnologiyası haqqında geniş məlumat verən "Samsung" təmsilçisi, "Verizon" mütəxəssisi ilə təqdimatı həyata keçirdi. Təqdimatda 5G-nin üstünlükləri, sürəti və gələcəyi haqqında danışılmaqla yanaşı "Samsung"un 2 yeni 5G üçün məhsulu təqdim olundu. "5G Home Router""5G Radio Base Station" cihazları Koreya, Yaponiya və Amerikada "pre-commercial" testdən keçəcək. 5G-dən söhbət edildiyi an isə sürətin 1 Gbps-ə qədər qalxacağı da məlumdur. "Samsung" şəbəkənin təmin olunması ilə bağlı "Verizon" ilə əməkdaşlıq edir. Görünən odur ki, bir neçə test mərhələsindən sonra "Samsung" bu məhsullarını kütləvi satışa çıxaracaq. "Samsung" təmsilçisi eyni zamanda bu layihəyə böyük miqdarda investisiya etdiklərini və layihədən böyük nəticələr gözlədiklərini dilə gətirdi.


Surpriz 5G texnologiyasının təqdimatından sonra "Samsung"un 2 yeni məhsulu "Galaxy Tab 3S""Galaxy Book" təqdim olundu.

"Galaxy Note" seriyasının daha böyük versiyası sayılan "Tab 3S" gücünü "Qualcomm Snapdragon 820" prosessorundan alır. Qrafik oynadıcı olaraq isə modeldə "Adreno 530"dan istifadə olunub. 9.7 düyümlük böyüklüyə sahib olan "Tab S3"ün ekranı 1536x2048 piksel sıxlığına malikdir. "Galaxy Note" seriyasında olduğu kimi yenilənmiş S Pen ilə təqdim olunan tablet 4 GB operativ yaddaşa malikdir. Arxada isə 13 MP-lik kamera öz yerini qoruyur. 64 GB-lıq daxili yaddaş isə bir tabletə kifayət edəcək qədərdir. "Android 6.0 Marshmallow" ilə qutudan çıxan tabletin klavyatura dəstəyi də mövcuddur. 6000 mAh batareya isə bu ekran və ölçü üçün normal görünür. "Tab S3", 237.3 x 169.0 x 6.0 mm ölçülərə ve 429 qram ağırlığa sahibdir. 4 səsgücləndiri isə avtomatik olaraq tabletin çevrilməsini hiss edə bilir və hərəkətə görə tənzimlənir.


10 və 12 düyümlük versiyaları ilə təqdim olunan "Galaxy Book" isə gecənin əsl bombalarından biri oldu desək yanılmarıq. "Microsoft" ilə ortaq çalışma nəticəsində, "Galaxy Book", Windows 10 əməliyyat sistemi ilə təqdim olunur. "Intel core i7" prosessoru ilə isə mükəmməl performans vəd edir. Eynilə "Tab S3"də olduğu kimi S PEN və klavyatura dəstəyi mövcuddur. "Galaxy Book" qutusundan stilus qələmi və klavyaturası ilə birgə çıxır. Sürətli enerji yığma funksiyası "2 USB" portu ilə diqqətləri üzərinə çəkir.

Sonda isə "Samsung" yenilənmiş "Gear VR" üçün kontroller təqdim etdi. Bu kontroller "Oculus" və "Samsung"un ortaq çalışması əsasında ərsəyə gətirilib.

 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×