main-post-cover

    Gələcəkdə reklam panoları belə olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Şəhərlərin demək olar ki, hər yerində olan reklam panoları, sürətlə irəliləyən texnologiya ilə gələcəkdə daha çox hərəkətli formada qarşımıza çıxa bilər.


    ETH Zurich’in yan şirkəti Aerotain tərəfindən hazırlanan və Skye olaraq adlandırılan balon formalı reklam panosu gələcəyi ayağımıza gətirir. Böyük helium balon və gövdəsinə bağlı drone’lar ilə uçaraq hərəkət edə bilən Skye, iç aydınlatma ilə gecə də öz işini görür.

    Helium qazının əsas qaldırma əməliyyatını üstlənməsi ilə tək şarj ilə 2 saat ərzində havada qala bilən və bu cəhətdən bir çox drone modelini geridə qoyan sistem, yumşaq gövdəsi ilə də təhlükə riskini azaldır. Bundan başqa kiçik ağırlıqdakı kameraları da özü ilə uçura bilir.

    Ticari uçuşlar üçün FAA icazəsi alınması gözlənilən Aerotain’in gələcəyi indidən maraqla gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər