
Gələcəyi insanlara yaxınlaşdıran 7 şəxs
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Çətinki kimsə düşünür ki, dünya öz-özünə dəyişir. Lakin bir
çoxları düşünür ki, dünyanın dəyişməsinin arxasında böyük şirkətlər və hökümətlər
dayanır. Öz imkanları və bacarıqları sayəsində insanlığı o arzu olunan gələcəyə
doğru aparan ayrı-ayrı şəxslərin rolu isə çox zaman inkar edilir. O şəxslər
hansılar ki, uğursuzluğa düçar olmuş və reallaşdırılması qeyri-mümkün görünən
ideyaların üzərində işləyirlər. Yaxud o şəxslər ki, yeni bir şeylər kəşf edirlər.
Soruşmayın ki, dünya hansı istiqamətdə gedir. Dünya məhz həmin insanların yekun
istiqamət kimi gördükləri yerə gedir. Bu yazıda belə şəxslər və onların layihələri
haqqında danışacağıq.
Elon Musk. Marsa səyahət və elektrikli avtomobillər

Kimin-kimin lakin Elon Musk-ın təqdimata ehtiyacı yoxdur.
Onun gördüyüi işlər göz qabağındadır. Həmdə onun özü piar olunmağa qarşı deyil.
Musk gələcək ilə bağlı demək olar ki, bütün innovativ ideya xəbərlərinin qəhrəmanıdır.
Onun haqqında danışılmış hər şeyə nəsə əlavə etmək çətindir. Lakin biz yenədə
bu işi görməyə çalışacağıq. Deməli Elon Musk elektrikli avtomobillər istehsal
edən Tesla Motors şirkətinin direktorudur. Lakin Tesla təkcə elektrikli avtomobillər
deyil həmdə bütün dünya üzrə (Şimali Amerika, Avropa, Rusiya, Çin, Yaponiya,
Avstraliya) enerji yığma stansiyalarının yaradılması ilə məşquldur. Bundan əlavə
olaraq Musk günəş enerjisi ilə əlaqəli ideyalar ilə də məşquldur. Bu ay məlum
oldu ki, Tesla Motors idarə heyətində Musk-ın olduğu SolarCity (günəş enerjisi
sistemlərinin istehsalı ilə məşqul olan şirkət) şirkətini alır. Beləliklə
elektrik avtomobillər, onlar üçün nəzərdə tutulmuş enerji batareyaları, günəş
enerjisi batareyaları bir şirkət çərçivəsində istehsal ediləcək. Əgər Musk-ın
ideyaları reallaşsa onda gələcəkdə nəqliyyat vasitələrinin bir çox hissəsi günəş
enerjisi hesabına çalışacaq. Əgər Musk öz pulsuz Supercharger adlı enerji
doldurma stansiyaları ideyasından vaz keçməsə onda bir çox digər elektromobil
istehsalçıları bu istiqamətdə gedəcəklər. Mars-a gəldikdə isə planet Musk üçün
yalnız onun səthinə bayraq sancmaq üçün lazım deyil. Onun məqsədi insanlığın
şaxələnməsidir. Marsın kolonizasiyası insanlığı qorumağın yaxşı yoludur.
Musk-ın fikrincə nə vaxtsa Yer kürəsində qlobal fəlakət baş versə Mars-dakı
koloniya insanlğın sağ qalmasına yardımçı olacaq. Ən pis halda Yer kürəsində
insanlıq məhv olsa belə onun Mars-dakı nümayəndələri sağ qalacaqlar. Bu halda
öz Falcon raketləri, Dragon kosmik gəmisinə sahib və SpaceX kimi tanınan Space
Exploration Technologies Corporation şirkəti
sözügedən ideyaların reallaşması üçün nəzərdə tutulmuş bir vasitədir.
Brogan Bambrogan və Shervin Pishevar. Varolma sürəti və gələcəyin
İpək yolu

SpaceX-in keçmiş mühəndisi və İran əsilli investor zaman və
yolu qısaltmaq üçün bir araya gəlliblər. Onlar tərəfindən yaradılmış Hyperloop
One (keçmiş adı Hyperloop Technologies) şirkəti Elon Musk tərəfindən təklif
olunmuş vakuum qatar layihəsi üzərində çalışır. Sözügedən texnologiyanın məğzi
ilk görüşdən çox sadədir. Sərnişinlər və ya yüklə dolu kapsulalar aşağı təzyiqli
şəraitdə boruşəkilli yer ilə hərəkət edirlər. Hava müqavimətinin olmaması
onlara saatda 480 -1220 km sürət yığmağa köməklik edəcək. Əgər bu ideya
reallaşsa (reallaşmasına şüphə yoxdur) onda Yer kürəsində yeni növ kütləvi nəqliyyat
vasitəsi yaranacaq. Lakin düşünmək lazım deyil ki, Hyperloop sadə qatarları əvəz
edəcək. Daha əvvəl Hyperloop layihəsi Kaliforniya ştatının iki böyük şəhərini
birləşdirəcək yüksək sürətli qatar xəttinə rəqib olacaqdı. Həmin sərnişin
qatarları isə saatda 322 km sürətlə hərəkət etməli idilər. Hal-hazırda
Hyperloop layihəsi hazırlanma və test edilmə mərhələsindədir. Bu ilin may
ayında keçirilmiş ilk testlərdən sonra SpaceX üçün Falcon 1 raketinin ikinci səviyyəsinin
mühərriki və Dragon kosmik gəmisinin istidən qorunma ekranı üzərində çalışmış
Brogan Bambrogan bildirib ki, bu ilin sonuna kimi qapalı şəraitli test yolu
inşa ediləcək. Bu ilin iyun ayında Uber-ə külli miqdarda investisiya yatırmış
Shervin Pishevar qeyd edib ki, o Hyperloop layihəsinin köməyi ilə yeni nəsil İpək
yolunu inşa etmək istəyir. Bu cür ideya reallaşarsa Çindən Avropaya yüklərin
daşınması cəmi 1 gün çəkəcək.
Jeff Bezos. Göy üzündən alış-veriş və kosmos üçün raketlər

1999-cu ildə Time jurnalına görə "Ilin adamı”, Forbes
jurnalına əsasən isə bu ilin ən uğurlu adamı Jeff Bezos. Ən məşhur online
mağaza olan Amazon.com-un yaradıcısı. Forbes-un siyahısına əsasən Bezos bu ilki
milyarderlərin siyahısında 5-ci yeri tutub. Lakin özün üçün pul qazanmaq ayrı,
planetimizi dəyişmək isə tamam ayrı bir şeydir. Jeff Bezos-u milyarder edən
1994-cü ildə onun Amazon.com saytını yaratmaq oldu. Yarandığı gündə saytda
yalnız kitablar satılırdı. Lakin indi Amazon-da hər bir şey almaq mümkündür.
İndi Amazon ABŞ-ın ən böyük online mağazası olmaqla yanaşı internetdə
alış-veriş xidmətini təqdim edən dünyanın ən böyük şirkətlərindən biridir. Bezos-un
ideyası uğurlu oldu və o öz inkişafını davam etdirir. Eyni zamanda online ticarətin
sayı da artır. Online mağazalar artıq ABŞ-ın bir çox şəhərlərinin görüntüsünü dəyişir.
Belə ki, ABŞ-da demək olar ki, ticarət mərkəzlərinin yaradılması əvvəlki kimi
aktiv şəkildə deyil. İnsanlar alış-verişi internet üzərindən etməyə üstünlük
verirlər. Adi mağazalara və ticarət mərkəzlərinə gedənlərin sayı kəskin şəkildə
azalır. Onlardan bəziləri isə hətda bağlanır. Lakin əgər amerikalılar üçün
Amazon ilk öncə böyük online mağazadırsa biz şirkət haqqında daha çox məlumatı
xəbər lentlərindən və ən əsası Amazon Prime Air layihəsi sayəsində eşidirik.
Qeyd edək ki, Amazon Prime Air alıcılara məhsulun uçan dronlar sayəsində
çatdırılması üzərində qurulmuş bir layihədir. Bununla belə məhsul siz harda
olursanız olun dron tərəfindən sizə çatdırılma imkanını yaradacaq. Məsələn siz
təbiət qoynunda dincəlirsiniz. Birdən sizin musiqi dinləmək üçün cihazınızın
batareya enerjisi bitir. Onda siz online mağazadan onları sifariş edə bilərsiniz.
Dron isə sifarişinizi tez bir zamanda sizə çatdıracaq. Lakin bu cür ideyanın
reallaşması üçün texniki inkişafın və pilotsuz uçan cihazların texnoloji
funksiyalarının yenilənməsi kifayət etmir. İlk öncə yaşayış ərazilərinin hava məkanlarının
yeni inkişaf konsepsiyası lazımdır. Amazon bu işdədə ilk addımlarını atır. Şirkətin
təklifinə əsasən həmin yaşayış ərazilərinin hava məkanları bölgələrə
ayrılmalıdır. Bölgələrin bir hissəsi sürətli tranzit uçuşları üçün, digərləri
isə aşağı yüksəklikdə uçuşlar üçün nəzərdə tutulacaq. Bezos-un digər maraq göstərdiyi
sahə kosmosdur. Onun Blue Origin adlı aerokosmik şirkəti var. Elon Musk-ın
SpaceX şirkəti kimi Blue Origin də çoxistifadəli raketlərin istehsalı ilə məşquldur.
Bu ilin aprel ayında şirkət artıq kosmosda iki dəfə olmuş raketi 3-cü dəfə
kosmosa göndərmişdir. SpaceX isə bunu etməyi hələ bacarmayıb. Lakin SpaceX-dən
fərqli olaraq Bezos-un New Shepard adlı raketi suborbital uçuşlar üçün nəzərdə
tutulub. Raket dəniz səviyyəsindən 100 km hündürlüyə uçandan sonra geri
qayıdaraq eniş edir. Hansısa peyki sözügedən raket ilə orbitə yollamaq mümkün
olmasa da kosmik turizm üçün əlaverişli ola bilər.
Robert Bigelow. Kosmosda mehmanxana şəbəkəsi

Bu günki gündə kosmik turizm sadəcə bir arzu kimi görünsə də
gec-tez 15 dəqiqəlik səyahət kosmik turistlərə yetməyəcək. Kosmik mühitin bütün
böyüklüyünü hiss etmək və planeti qıraqdan doyunca seyr etmək üçün ən azı bir
neçə sutka orbitdə qalmaq lazımdır. Robert Bigelow bütün dünyada olan Budget Suites of America otellər
şəbəkəsinə və kosmosda şəxsi orbital mülkə sahibdir. Bigelow Aerospace şirkətinə
məxsus şişirdilmiş yaşayış modulu BKS-ə (Beynəlxalq Kosmik Stansiyası) birləşməmişdən
qabaq onun adı o qədər də məşhur deyildi. BEAM (Bigelow Expandable Activity Module) bu
ilin aprel ayında BKS-ə SpaceX Dragon kosmik gəmisi vasitəsilə çatdırılmışdır.
29 May 2016-cı il tarixində isə modulun daxili tamamilə hava ilə
doldurulmuşdur. Növbəti iki il ərzində isə o kosmik qalıqlardan, günəş
radiasiyasından və ekstremal kosmik temperatur faktorları üzrə testdən keçməlidir.
Bu BKS-ə qoşulan ilk özəl və şişirdilmiş yaşayış moduludur. Lakin bu
hal-hazırda reallaşan layihələrdir. 1999-cu ildə təsis edilmiş şirkətin gələcək
üçün böyük planları var. BEAM-dən əlavə olaraq Bigelow Aerospace şirkəti orbitə
iki (Genesis I, Genesis II) kommersiya məqsədli şişirdilmiş modul göndərmişdir.
Gələcəkdə şirkət özünün kommersiya məqsədli kosmik stansiyasını yaratmağı
planlaşdırır. Stansiyanın modullarını kosmosa göndərmək üçün 7 raket lazım
olacaq. Bu baxımdan Bigelow Aerospace SpaceX-in Dragon kosmik gəmisinə və
hal-hazırda hazırlanma mərhələsində olan Falcon Heavy raketlərinə güvənir.
Lakin Robert Bigelow-un yekun istiqaməti kosmosda mehmanxana şəbəkəsi
yaratmaqdır. Qeyd edək ki, BEAM NASA tərəfindən 2000-ci ildə bağlanmış TransHab
layihəsinin davamıdır. Bigelow
Aerospace NASA-dan patentləri alaraq həmin işi davam etdirmişdir.
Dean Kamen və Shane Chen. Təkərin yeni kəşfi

Xeyr bu iki insan bir yerdə işləmir. Lakin onlardan hər birinin gördüyü
işlər gələcəyin özəl nəqliyyat vasitəsini insanlara yaxınlaşdırır. Onlar uçan
avtomobillər, sürətli qatarlar və yaxud teleportasiya üsulları üzərində
çalışmırlar. Onların nəqliyyat vasitəsi daha bir bayağıdır. Kamen öz icadını
başmaq ilə velosiped arasındakı səviyyəyə daxil edir. Yəni başmaq kimi rahat
velosiped kimi kompakt. Söhbət özəl elektrikli nəqliyyat vasitəsindən gedir.
İstifadəsi sadə, qiyməti ucuz və ən əsası gələcəyi ağıllı şəkildə yaxınlaşdıran
bir nəqliyyat növü. Baxmayaraq ki, Shane Chen-in icadları çox yayılıb Dean
Kamen ictimaiyyət arasında daha məşhurdur. Belə ki, o Segway-i icad etmiş
insandır. Kim bilmirsə qeyd edək ki, Segway tək insan üçün nəzərdə tutulmuş iki
təkərli platformadır hansında ki, dönüşləri idarə etmək üçün sükan sütunları
var. Buna bənzər digər icad edilmiş cihazlardan fərqli olaraq Segway özünü
balanslaşdırmağı bacaran nəqliyyat növüdür. Xüsusi prosessorlar balansı
saxlayaraq cihaza tərsinə çevrilməyə imkan vermir. Təbii ki, Segway enerji
batareyası ilə çalışır. Onun yaradılması üçün Kamen 10 ilini sərf edib.

Lakin buna baxmayaraq Kamen Çin-dən olan rəqibləri ilə mübarizə apara
bilmədi. Uğursuz patent mübahisələrindən sonra ona məxsus Segway Inc. şirkəti rəqiblərdən
biri olan Ninebot Inc. şirkətinə satıldı. Ninebot Inc. şirkəti isə öz növbəsində
Xiaomi-ə məxsusdur. Bu cür birləşmə şirkətin əksinə xeyrinə oldu. Bir neçə vaxt
bundan öncə şirkət öz birinci robotunu təqdim etdi hansı ki, ətraf mühitdə Segway
cihazında realizə olunmuş texnologiyalar sayəsində hərəkət edir. Segway-ə küçələrdə
hoverboardlara nisbətən daha az rast gəlmək olar. Bu cür cihazlar minlərlər
tirajlarla istehsal olunub. Həmin cihazları icad edən Çin əsilli və Inventist
şirkətinin sahibi Shane Chen-dir. Onun sözlərinə əsasən milyarddan çox bu cür
cihaz istehsal olunub. Düzü o bundan heçnə əldə etmir. Patent məsələsi ona
hoverboardları qeyri-leqal istehsal edən digər Çin şirkətləri ilə mübarizə
aparmaqda köməklik etmir. Öz hoverboardunu Chen 2012-ci ildə patentləşdirmişdi.Bu
müddət ərzibndə onların məşhurluğu artmışdır. Uzaq olmayan gələcəkdə onlar
velosipedlər və müəyyən səviyyədə avtomobillər ilə rəqabətdə olacaqlar.
Linki kopyala
Həftənin xəbərləri

