Gələcəyin 10 mümkün həyat növü

Gələcəyin 10 mümkün həyat növü

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

1000 ildən sonra dünya necə olacaq sualı çox absurd səslənir. Belə ki, hətda 100 il sonrasını söyləmək qeyri-mümkündür. Hər-halda alimlər və futuroloqlar gələcəyə aid müxtəlif fikirlər səsləndirərək hətda 1000 ildən sonra insan sivilizasiyasının mümkün inkişafları haqqında proqnozlar edirlər. Bundan əlavə nəzəriyyələr bir birilərini təkzib etmək əvəzinə tamamlayırlar. Yadplanetlilər və robotların insanları məhv etmə yaxud nüvə müharibəsi haqqında danışmayacağıq. Bu işin öhdəsindən bzim yerimizə Hollywood filmləri onsuz da çox yaxşı gəlirlər. Uzaq gələcəyə pozitv nöqteyi nəzərdən baxaq.


Yadplanetlilər ilə birlikdə həyat. Niyə də yox? Bəziləri əmindirlər ki, yadplanetlilər artıq bizim aramızdadırlar. İnsan sivilizasiyasına aid olmayan yüksək zəkalı yeni həyat növünü aşkar etmək heç də asan iş olmayacaq. Bunun üçün kosmik texnologiyaları lazımi mərhələyə kimi inkişaf etdirmək lazımdır. Təhlükəsizlik üzrə bir çox faktorlar nəzərə alınmalıdır. Hər-halda kainatda yalnız olub olmamaq sualına cavab tapmaq üçün bu cür addım dəyərləndirilməlidir.

Yer kürəsindən uzaqda həyat. Bu cür fərziyyə qəmli səslənsə belə ən pisi deyil. Bizim planetimiz təbiət fılakətləri nəticəsində məhv ola bilər. Başqa bir fərziyyəyə əsasən isə təbii qazıntı ehtiyyatları tükənə bilər. Belə bir hadisə baş verərsə insan özü üçün yeni ev axtarmalı olacaq. Bu baxımdan Mars yaxşı variant ola bilər. Lakin ən böyük arzular uzaq sistemlərdəki planetlərdə məskən salmaqdan ibarətdir.

Sonsuz enerji və təmiz ətraf mühitə sahib uzaq gələcək yüksək dərəcədə inkişaf etmiş nanorobotların ixtirası ilə reallaşa bilər. Onlar suyu və havanı təmizləyərək günəş enerjisindən istifadə edib insanların tələbatlarını ödəyə bilərlər. Yer kürəsində hal-hazırda olan problemləri nəzərə alsaq bu cür texnoloji inqilabın yaxın zamanda olmasını istərdik.

İnsan sayının həddən çox artma probleminin olmadığı bir həyat. Yer kürəsinin əhalisi hər il 1-1.5% intervalında artır. Belə davam edərsə artıq 100 ildən sonra bu göstərici 2 dəfə artacaq. Bu cür problemin arxasında isə daha böyük problem olan dünya aclığı durur. Bu problemdən çıxış yolu təkcə havadan istifadə edərək sağlam qida hazırlayan texnologiyanın yaradılmasnda deyil həmdə maddi resursların düzgün şəkildə paylanmasındadır.

Texnoloji gələcək təkcə texnologiyanın inkişafı deyil həmdə onunla birləşmək deməkdir. Müasir dövrdə biz daha çox məlumat və əyləncə xarakterli cihazlardan istifadə edirik. Çox güman ki, artıq yaxın gələcəkdə insan gözünə kiçik ekranları yerləşdirmək mümkün olacaq. İnsanla komputerin birləşməsi göründüyü kimi qorxunc deyil. Hər-halda robotların üsyanı problemindən uzaq olacağıq.

 

Zəkalı robotlarla həyat. Sözügedən variant bundan əvvəlkinin məntiqli davamıdır. Əgər biz yadplanetlilər ilə qarşılaşmasaq bizim qonşularımız biz tərəfdən yaradılmış zəkalı robotlar ola bilər. Nəzərə alsaq ki, 100 il ərzində süni zəka necə inkişaf edəcək bu variant ağlabatandır.

Yer kürəsindən kosmosu müşahidə etmək gələcəkdə vacib rol oynayacaq. Biz kainatın necə çalışdığından əlavə onun Yer kürəsinə verə biləcəyi zərəri öncədən öyrənə biləcəyik. Təbii ki, bü müşahidələrin arasında yüksək zəkalı digər həyat növlərinin  və yaşamaq üçün yararlı planetlərin axtarışı da daxildr.

Kosmik səyahət bir çoxumuzun arzusudur. Gələcəkdə bu cür səyahətlər Yer kürəsində hərəkət etmək kimi rahat olacaq. Lakin burda bəzi faktorları nəzərə almaq lazımdır. Məsələn sonsuz texnoloji faktlar və kosmosda uzun müddət qalmağın insan orqanizminə təsiri. Çox güman ki, zamanla insan DNT-də dəyişiklik bu faktorları aradan qaldıracaq.

Gələcəkdə insan həyatının uzadılması. Bu elə bir təcrübədir ki, onun üzərində işlər heç zaman bitməyəcək. Bunun həlli tibbi nanorobotlar ola bilər. Onlar orqanizmi təmizləyə, qoruya, xərçəng kimi ağır xəstəlikləri aradan qaldıra bilərlər. Bu cür texnologiya sözsüz ki, tibb sahəsində əsl inqilab olacaq.

Ölümsüz həyat. Bəziləri istəməsə belə bir çoxları ölümsüzlüyü arzu edir. Bu xüsusiyyət biotexnologiya, nanotexnologiya və ya komputer ilə insanın birləşməsi nəticəsində olacağı məlum deyil. 1800-cü ildə orta statistik insanın yaşam müddəti 37 yaş idi. İndi bu göstərici 70 yaşdır. Gələcəkdə bu ədədin artması yalnız özümüzdən asılıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×