main-post-cover

    Gələcəyin 5 mühüm texnologiyası ( 1-ci hissə )

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    70-80 il bundan qabaq insan oğlunun heç ağlına belə gəlməzdi ki, artıq 21-ci əsrdə ağıllı telefonlar, internet, kosmik gəmilər və s. kimi texnologiyalar insan tərəfindən yaradıla bilər. Reallıq isə ondan ibarətdir ki, bu texnologiyalardan artıq istifadə olunur. Lakin elə texnologiyalar var ki, biz onları yalnız fantastik filmlərdə görmüşük. Reallaşması qeyri-mümkün görünən həmin texnologiyaların 300-400 ildən sonra real olma ehtimalı çox yüksəkdir. Həmin texnologiyaların top-5 siyahısının 1-ci hissəsi ilə sizləri tanış edirik.
    Vizualizator: Bir çox futuroloqların fikrincə bu texnologiya dünyanın media sahəsini başdan ayağa dəyişmək qabiliyyətinə malikdir. Neyro kompüter interfeysi sayılan bu texnologiya insan beynindəki canlandırılmış istənilən görüntünü monitorda əks etdirməyə qadirdir. Məsələn beyninizdə hansısa okeanı canlandırırsız və həmin görüntü monitorda əks olunur. Bu cür texnologiyanın olacağı inanılmaz görünsədə artıq buna bənzər texnologiyanın yaradılması üçün işlər gedir. Belə bir texnologiyanın yaranması yaxın gələcəkdə görünməsədə, nə vaxtsa kəşf olunub satışa çıxandan sonra sözügedən texnologiya vasitəsilə media məhsullarının istehsal üsulları tamamilə dəyişəcək. Məsələn musiqiçilər musiqi bəstələmək üçün çətin kompüter proqramlarından azad olacaqlar. Beyində musiqini canlandırmaq kifayət edəcək ki, həmin bəstə monitorda əks olunsun. Film şirkətləri film istehsalına xərclənən yüksək vəsaitlərdən imtina edəcəklər. Belə ki, hər bir insan öz evində oturaraq bir neçə gün ərzində istənilən tərzdə film hazırlaya biləcək. Bu texnologiyanın köməyi ilə "The Lord of the Rings" səviyyəsində bir film yaratmaq üçün maksimum 2 gün vaxt lazım olacaq. Bundan əlavə olaraq vizualizatoru yuxuların yaddaşa yazılması üçün də istifadə etmək olar. Təsəvvür edin ki, səhər yuxudan oyanmısınız və gecə yuxuda nə gördüyünüzü monitorda izləyirsiniz. Əgər bu texnologiya kütləvi şəkildə istehsal olunsa və nəzərə alsaq ki. hər şeyin qiyməti gec-tez aşağı enir həmin vaxt media sahəsində əsl inqilab baş verəcək. Bir çox insanlar yaratdıqları müxtəlif videoları YouTube və digər video servislərə yükləyəcəklər. Bütün bunlara baxmayaraq bir problem ortaya çıxır. İnsan hansısa videonu beynində tam şəkildə deyil, sadəcə onun kiçik səhnələrini canlandıra bilir. Lakin vizualizatorun müsbət cəhətlərindən biridə odur ki, istifadəçi görüntünün monitorda əks olunduğu zaman çatışmayan xüsusiyyətləri redaktə edərək görüntüyə əlavə edə biləcək. Təbii ki, bunun reallaşması üçün güclü kompüter və digər avadanlıqlar lazım olacaq. Yaranan problemlərdən biridə odur ki, insan nə qədər çalışsada hərəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Bu zaman bizim köməyimizə güclü süni zəka gələcək. Süni zəka özü avtomatik olaraq sizə lazım olacaq yüksək keyfiyyətli animasiyanı seçəcək. Qeyd edək ki, söhbət məhz 200 ildən sonraki dövrü əhatə edir. Həmin vaxtda çox güman ki, həm güclü kompüterlər həmdəki süni zəka olacaq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər