Gələcəyin 5 mühüm texnologiyası ( 1-ci hissə )
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
70-80 il
bundan qabaq insan oğlunun heç ağlına belə gəlməzdi ki, artıq 21-ci əsrdə
ağıllı telefonlar, internet, kosmik gəmilər və s. kimi texnologiyalar insan tərəfindən
yaradıla bilər. Reallıq isə ondan ibarətdir ki, bu texnologiyalardan artıq
istifadə olunur. Lakin elə texnologiyalar var ki, biz onları yalnız fantastik
filmlərdə görmüşük. Reallaşması qeyri-mümkün görünən həmin texnologiyaların
300-400 ildən sonra real olma ehtimalı çox yüksəkdir. Həmin texnologiyaların top-5
siyahısının 1-ci hissəsi ilə sizləri tanış edirik.
Vizualizator: Bir çox futuroloqların fikrincə bu texnologiya dünyanın media sahəsini başdan
ayağa dəyişmək qabiliyyətinə malikdir. Neyro kompüter interfeysi sayılan bu
texnologiya insan beynindəki canlandırılmış istənilən görüntünü monitorda əks
etdirməyə qadirdir. Məsələn beyninizdə hansısa okeanı canlandırırsız və həmin
görüntü monitorda əks olunur. Bu cür texnologiyanın olacağı inanılmaz görünsədə
artıq buna bənzər texnologiyanın yaradılması üçün işlər gedir. Belə bir
texnologiyanın yaranması yaxın gələcəkdə görünməsədə, nə vaxtsa kəşf olunub
satışa çıxandan sonra sözügedən texnologiya vasitəsilə media məhsullarının
istehsal üsulları tamamilə dəyişəcək. Məsələn musiqiçilər musiqi bəstələmək
üçün çətin kompüter proqramlarından azad olacaqlar. Beyində musiqini
canlandırmaq kifayət edəcək ki, həmin bəstə monitorda əks olunsun. Film şirkətləri
film istehsalına xərclənən yüksək vəsaitlərdən imtina edəcəklər. Belə ki, hər
bir insan öz evində oturaraq bir neçə gün ərzində istənilən tərzdə film
hazırlaya biləcək. Bu texnologiyanın köməyi ilə "The Lord of the
Rings" səviyyəsində bir film yaratmaq üçün maksimum 2 gün vaxt lazım
olacaq. Bundan əlavə olaraq vizualizatoru yuxuların yaddaşa yazılması üçün də
istifadə etmək olar. Təsəvvür edin ki, səhər yuxudan oyanmısınız və gecə yuxuda
nə gördüyünüzü monitorda izləyirsiniz. Əgər bu texnologiya kütləvi şəkildə
istehsal olunsa və nəzərə alsaq ki. hər şeyin qiyməti gec-tez aşağı enir həmin
vaxt media sahəsində əsl inqilab baş verəcək. Bir çox insanlar yaratdıqları
müxtəlif videoları YouTube və digər video servislərə yükləyəcəklər. Bütün
bunlara baxmayaraq bir problem ortaya çıxır. İnsan hansısa videonu beynində tam
şəkildə deyil, sadəcə onun kiçik səhnələrini canlandıra bilir. Lakin
vizualizatorun müsbət cəhətlərindən biridə odur ki, istifadəçi görüntünün
monitorda əks olunduğu zaman çatışmayan xüsusiyyətləri redaktə edərək görüntüyə
əlavə edə biləcək. Təbii ki, bunun reallaşması üçün güclü kompüter və digər
avadanlıqlar lazım olacaq. Yaranan problemlərdən biridə odur ki, insan nə qədər
çalışsada hərəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Bu
zaman bizim köməyimizə güclü süni zəka gələcək. Süni zəka özü avtomatik olaraq
sizə lazım olacaq yüksək keyfiyyətli animasiyanı seçəcək. Qeyd edək ki, söhbət
məhz 200 ildən sonraki dövrü əhatə edir. Həmin vaxtda çox güman ki, həm güclü
kompüterlər həmdəki süni zəka olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)