Gələcəyin 5 mühüm texnologiyası (2-ci hissə)

Gələcəyin 5 mühüm texnologiyası (2-ci hissə)

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Gələcəyin 5 mühüm texnologiyası 1-ci hissəni buradan oxuya bilərsiniz.
Bir çoxlarının fərziyyələrinə görə bu texnologiyanın köməyi ilə insanlar resurs çatışmamazlığının qarşısını ala biləcəklər. Alimlərin fikrincə gələcəkdə bir əşyanı atomlara parçalayıb həmin atomlardan digər bir əşya yaradan qurğu kəşf olunacaq. Onlar bu qurğunu nano assembler adlandırırlar. Təsəvvür edin ki, həmin qurğuya bir daş parçası qoyub onu atomlara parçalayırsınız. Daha sonra qurğu həmin parçalanmış atomlardan alma yaradır. Bu necə mümkündür? Məsələ ondadır ki, alma və daş parçası digər materiallardan atom səviyyəsində bir-birindən fərqlənmirlər. Onların hamısı protonlardan, neytronlardan və elektronlardan ibarətdirlər. Əgər bütün bu hissəcikləri birləşdirməyi bacaran qurğu yaradılsa onda istənilən hər şey istehsal oluna bilər. Bir çoxları deyə bilərlər ki, belə bir şey mümkün olmamaqla yanaşı həmdə fiziki qanunlara ziddir. Lakin bu səhvdir. Maddələri molekullara ayırıb onları yenidən yığmağı bacaran nanobot artıq mövcuddur. Bu ribasomadır. Əgər təbiət nano assemblerə bənzər belə bir xüsusiyyəti yaradıbsa deməli insan da gələcəkdə bu cür texnologiyanı yarada bilər. Ən maraqlısı isə odur ki, həmin texnologiyanı elə proqramlaşdırmaq olar ki, o öz bənzərini yaratsın. Bu isə nano assemblerin istehsalının tamamilə pulsuz olacağı deməkdir. Çox güman ki, nano assemblerin ilk versiyası ribasoma kimi yalnız molekullarla işləyəcək. Daha sonra qurğu ayrı-ayrı atomlardan molekul yığa biləcək. Artıq inkişafın yüksək səviyyəsində isə qurğu neytronlardan və protonlardan atom yığa biləcək. Beləliklə sözügedən texnologiya planetimizə çox xeyir verəcək. Məsələn dünyada olan aclıq problemi tamamilə aradan qaldırılacaq. Yeyinti məhsullarının becərildiyi böyük tarlalara ehtiyyac qalmayacaq. Onların yerinə həmin ərazilərdə yaşayış yerləri tikilə bilər. İnsanlar nəhayət ət və kürk ehtiyaclarını ödəmək üçün heyvanları tələf etməyəcəklər. Təbii qazıntıların aparılması öz mənasını itirəcək. Fabriklər və zavodlar bağlanaraq milyonlarla insanları işsiz qoyacaq. Lakin nano assemblerin olmağı onları aclığa düçar etməyəcək. Bu texnologiyanın yaradılması ilə pulun həyatımızdakı rolu kəskin şəkildə azalacaq. Belə ki, çox nadir məhsulları pul ilə internet vasitəsilə almaq mümkün olacaq. Məsələn təsəvvür edin ki, iPhone-nun yeni modeli satışa çıxır. Yeni modeli nano assemblerdə yaratmaq üçün siz internet vasitəsilə pulnan həmin model üçün nəzərdə tutulmuş alqoritm şifrəsini alırsınız. Daha sonra o şifrəni qurğuya proqramlaşdıraraq yeni model iPhone əldə edirsiniz. Yəni artıq mağazalara gedib uzun növbə gözləməyə ehtiyyac qalmayacaq. Lakin pulun olmamağı insanların hər-hansısa bir sahədə irəliləməsi stimuluna son qoyur. Məsələ burasındadır ki, əgər pula ehtiyyac yoxdursa insan niyə çalışmağa davam etsin?Nədən stimul alsın?Burada əsas stimul kimi insanın özünü inkişafı misal göstərmək olar. Lakin çətin ki, bir çox insanlar üçün bu yetərli olsun. Hər-halda nano assemblerin köməyi ilə əsas problemlərdən biri olan dünyadakı aclığa son qoymaq olar. Bu isə nano assembler texnologiyasının yaradılması üçün çox əla stimuldur.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×