Reklam
Gələcəyin istehsalat inqilabı

Gələcəyin istehsalat inqilabı

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bir gün gələcəkdə biz geriyə baxıb təəccüblənəcəyik. O hala təəccüblənəcəyik ki, bizim fiziki obyektlərimiz materiyanın ayrı-ayrı nümunələri idilər. Biz təəcüblənəcəyik ki, avtomobil nə vaxtsa dəmir parçası olub. Və yaxud soyuducu bizim ərzaqlarımızı soyuq şəraitdə saxlamaq üçün bir cihaz olub. Mobil telefon isə digər bir insanla əlaqə yaratmaq üçün istifadə etdiyimiz plastik material olub. Çünki bizim hal-hazırda irəli doğru getdiyimiz gələcəkdə bütün fiziki obyektlər məntiqli və bir-biriləri ilə sıx əlaqəli olacaqlar. Beləliklə onların funksionallığı da dəyişəcək. Bu tendensiyanı mobil telefondan başqa heç bir cihaz yaxşı şəkildə başa sala bilməz. Mobil telefon nə vaxtsa sadəcə olaraq mobil telefon idi. İndi isə o həm sizin portativ fonarınız, bankınız, televizorunuz və biraz ağılsız köməkçiniz rolunu oynayır. Mobil telefon (və ya cib kompüteri) bütün mobil servislərə yol açan portaldır. Biz bu portal vasitəsilə həmin servislərdən istifadə edirik. İstifadə etdiyimiz servislər günü-gündən yenilənərək dəyişdikləri halda mobil telefonlar praktiki olaraq dəyişməz olaraq qalır. Biz elə bir dünyaya doğru irəliləyirik ki, həmin dünyada smartfonlara bənzəyən texnologiyalar çoxluq təşkil edəcək. Onları dəstəkləyən servislər isə gələcəkdə cihazların özlərindən daha əhəmiyyətli olacaqlar. Bəlkədə gələcəkdə bizlər cihazlara deyil həmin servislərdən istifadəyə görə pul ödəməli olacağıq. GE şirkətinin baş iqtisadiyyatçısı Marco Annunziata məhz bu cür düşünür. Bir neçə vaxt bundan öncə Exponential Finance konfransında çıxış etmiş Marco Annunziata bildirib ki, növbəti istehsalat inqilabı fiziki və analitik texnologiyaların fonunda baş verəcək.

"Diqqət aktivlərdən, məhsullardan xidmət və nəticələrə yönəlir. Çünki müəyyən bir anda siz hansısa avtomobili ən yaxşı halda təqdim edərək onu müştəriyə satmağı düşünmürsünüz. Siz artıq düşünməyə başlayırsınız ki,  bu texnologiyalar vasitəsilə müştəriyə nəticələr, xidmətlər və qərarları satırsınız” – deyə Marco Annunziata bildirib. Gələcəkdə sizin soyuducunuz əvvəlki kimi qidalarınızı soyuq şəraitdə saxlayacaq. Lakin soyuducunu istehsal edən şirkəti seçən zaman siz o soyuducunu seçəcəksiniz hansı ki, sizin qida seçimləriniz haqqında dəqiq məlumatları verəcək. Beləliklə qidaları soyuq şəraitdə hansı soyuducunun yaxşı saxlaması özəlliyi arxa plana keçəcək. Siz cihazları onlardan hansıların daha yaxşı sistem əməliyyatı ilə təchiz olunduqlarına görə seçəcəksiniz. Gündəlik həyatımızda istifadə etdiyimiz obyektləri istehsal edən bir biznes üçün bu nə deməkdir? Annuziata-nın fikrincə insanlar yeni nəsil avtomobilləri istehsal edən zaman onların indiki zamanda yetirdikləri funksiyaları nəzərə alacaqlar. Lakin ən vacib yenilik onadan ibarət olacaq ki, biz avtomobillərə elə əməliyyat sistemləri quraşdıracağıq ki, onlar daha çox funksiyaları yerinə yetirsinlər. Beləliklə fiziki obyektləri hər il yeniləmək problemi ortadan qalxacaq. Təsəvvür edin ki, bir gün siz işə hər hansı bir avtomobil vasitəsilə gedirsiniz və avtomobilinizi qarajda saxlayırsınız. Növbəti gün isə yenilənmiş sistem əməliyyatı hesabına sizin avtomobiliniz avtopilot rejiminə keçərək sizi iş yerinizə özü aparacaq. Bu cür avtomobillər alındığından bir il sonra belə köhnəlməyəcəklər. Onlar əməliyyat isteminin yenilənməsi hesabına həmişə diqqət mərkəzində qalacaqlar. Təbii ki, bu cür mühitin biznes modeli hələki tam aydın deyil. Lakin biz artıq təsəvvür edə bilərik ki, bizim sıx əlaqəli gələcəyimiz necə olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×