Gənc hacker iOS sistemində boşluq tapmaq istəyərkən təcili yardım xidmətini hack edib

Gənc hacker iOS sistemində boşluq tapmaq istəyərkən təcili yardım xidmətini hack edib

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

ABŞ-da gənc hacker yeni öyrəndiyi metodu canlı yayımla tətbiq edərkən təcili yardım maşınlarının iş rejmini alt-üst edib.

Son dövrlər bir çox hackerlər özlərinin bacarıqlarını sərgiləmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bunlardan bir çoxu gizli olaraq qalsa da, bəzən bu işə yeni qol qoyanlar tez bir zamanda özlərini ələ verirlər. Meetkumar Hitesbhai Desai adlı yeniyetmə də bunlardan biridir.

ABŞ-da yaşayan Meetkumar Hitesbhai Desai adlı 18 yaşlı yeniyetmə öz izləyicilərinə canlı yayımda iOS əsaslı javascript hücumunun necə həyata keçirilməsi haqda paylaşım edib. Daha sonra Desai bilmədən insanları səhv yönləndirib və təcili yardım xidməti olan 911-in çökməsinə səbəb olub.


İlk əvvəl kiber hücum nəticəsində qarşı tərəfdə narahatlıq yaradan çoxlu sayda pop-up pəncərələri açacağını təxmin edən hacker, sonradan gözlənməyən problemlə üz-üzə qalıb. Hacker təşkil etdiyi hücumla 911 xidmətinə avtomatik telefon zənglərinin gəlməsinə səbəb olub. Təcili yardım maşınlarını tələb olunan ərazilərə göndərən 911 xidmətinin işçiləri durmadan 1894 çağırış aldıqdan sonra şikayət ediblər.

Polislər gənc hacker tutublar və Desai öz ifadəsində "Apple" sistemindəki bir boşluğu test etdiyini və sonra bu haqda "Apple"a hesabat verəcəyini bildirib.

911-in məşğul olduğu saatlarda hər hansı müraciət edən xəstənin ölüm aktı sübut olunarsa, gənc hacker cinayət işi ilə məhkum olunacaq.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×