main-post-cover

    Gənc qız valideynlərini sosial şəbəkədə paylaşılmış fotolara görə məhkəməyə verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    18 yaşlı avstriyalı gənc qız öz valideynlərini məhkəməyə verib.

    Səbəb isə valideynləri tərəfindən 7 il ərzində onun razılığı olmadan onun fotolarını Facebook-da paylaşmaları olub. Gənc qızın sözlərinə görə 2009-cu ildən başlayaraq onun valideynləri Facebook-da qızın intim fotolarını paylaşmışdılar. Beləliklə onlar qızın həyatını "cəhənnəmə” çeviriblər. "Onlar razılıq almadan və utanma hissi keçirtmədən mənim yataqda necə çılpaq vəziyyətdə olduğumu və digər intim fotolarımı Facebook-da paylaşıblar. Hər bir mərhələ çəkilmiş və paylaşılmışdır” – deyə gənc qız bildirib. "Technote.az”ın "Lenta.ru”a istinadən verdiyi xəbərə əsasən public səviyyədə 500 foto paylaşılmışdır. Qızın fotolarını isə valideynlərinin 700-ə yaxın dostları paylaşmışdır.
    Gənc qızın atası iddia edir ki, həmin fotoları paylaşmaqda yetəri hüquqa sahib idi. Belə ki, həmin fotoların müəllifi özü olub. Qızı məhkəməyə müraciət etməyə vadar edən isə valideynlərin fotoları pozmaqdan imtina etmələri olub. "Valideynlərimin məni ciddiyə almamaları məni yorub” – deyə qız bildirib. Bu Avstriyada olan ilk hadisədir ki, yeniyetmə şəxs öz valideynlərini sosial şəbəkələrdə paylaşılmış fotolara görə məhkəməyə verir. Qızın vəkili isə məhkəmədə valideynlərin onun şəxsi həyat hüquqlarını pozduqlarını sübut etməlidir. Məhkəmə prosesi Noyabr ayında baş tutacaq. Qeyd etmək lazımdır ki, sosial media mühitində məxfilik üzrə Avstriya qanunları digər ölkələrdəki kimi sərt deyil. Məsələn Fransa-da kiməsə məxsus fotonu paylaşmaq 1 ilə kimi həbs və 45.000 avro cərimə ilə cəzalandırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər