Gəncsiniz deyə böyük işlər görə bilməyəcəyinizi idda edənlər var?

Gəncsiniz deyə böyük işlər görə bilməyəcəyinizi idda edənlər var?

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Uğurlu bir CEO xəyalı qurarkən ağlımıza həmişə orta yaşlarda biri gəlir. Ən son xəyal etdiyiniz şey isə 30 yaşın altındakı biridir. Texnologiya startuplarının artması ilə uğurlu CEO-ların yaş aralıqları heç olmadığı qədər gəncləşdi. 

30 yaşına çatmadan uğurlu olan startupçılarla tanış olaq. Bundan sonrakı addımda hətta universitet bilə bitirmədən, uğur qazanmış CEO-ların bir neçəsinin siyahısını görəcəksiniz.

Mişel Fan (Michelle Phan)- (04.11.1987)

Amerikada makyaj məsləhətləri videoları paylaşan bir YouTuberdir. "YouTube" kanalında təxminən 8 milyondan çox izləyicisi, 1 milyarddan çox ümumi nümayişi və 350-dən çox videosu mövcuddur. "Michellepan.com"-un sahibi və "Ipsy"-nin CEO-su olaraq kariyerasına davam edir. Sərvətinin 3 milyon dollardan çox olduğu bilinir.

Nik D’Aloysiyo (Nick D’Aloisio) - (01.11.1995)

Nik, İngiltərəli proqramçı və texnologiya startupçısıdır.  "Summly"-ın qurucusu olan Nik-in təxminən 23 milyon dollar sərvətinin olduğu güman edilir.

Pit Kaşmo (Pete Cashmore) - (18.09.1985)

"Mashable"-nin CEO və yaradıcısıdır. "Mashable", statistikalara görə dünyanın ən yaxşı bloq saytlarından biridir. Pit-in təxminən 95 milyon dollar sərvəti var.

Deyvid Karp (David Karp) - (06.07.1986)

Amerikalı web proqramçı və startupçı olan Deyvid Karp, "Tumblr"-ın yaradıcısıdır. Təxmini sərvəti isə 200 milyon dollara yaxındır.

Sofya Amoruso (Sophia Amoruso) - (20.04.1984)

Gənc qızlar üçün paltar, ayaqqabı və aksesuar satan bir e-ticarət saytı olan "Nasty Gal"-un sahibu və yaradıcısıdır. Təxmini sərvəti 250 milyon dollar qədərdir.

Palmer Laki (Palmer Luckey) - (19.09.1992)

"Oculus VR"-ın qurucusu olan Palmer, 500 milyon dollardan çox bir sərvətin də sahibidir.

Elon Mask (Elon Musk) - (28.06.1971)

Günümüzün "Dəmir Adam"ı olaraq bilinən Elon Mask, "SpaceX"-in CEO və CTO-sudur. Bunların yanında "Tesla Motors"-un CEO və Baş Məhsul Memarı vəzifələrini yerinə yetirməkdədir. Təxmin edildiyi kimi, məqalədə yer alanların içində ən yüksək sərvətin sahibi olan Elon Mask-ın 8 milyard dollardan çox sərvətinin olduğu bilinir.
 
Aşağıdakı infoqrafik-ə mütləq nəzər yetirin.



Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×