

Facebook Messenger söhbətlərində bildiyimiz kimi "oxundu” və "online” bilgiləri daim aktiv olur.
"Online” bağlamaq mümkündür, amma "oxundu” məlumatını gizlətmək qeyri-mümkündür. "Online” məlumatı da əslində tam gizlənmir. Əgər Facebook proqramından istifadə edirsinizsə, siz sayta daxil olanda bu digər istifadəçilərə görünür. Amma Ghost for Chat extension sayəsində Facebook Messenger’da "oxundu” məlumatını bağlaya bilərsiniz. Facebook üçün yaradılan Ghost for Chat sayəsində həm "oxundu”, həm də "online” məlumatını istədiyiniz kimi idarə edə bilərsiniz. Google Chrome`da mövcud olan Ghost for Chat əlavəsini istifadə etmək isə çox asandır. Əvvəlcə əlavəni marketdən endirib üzv olmalısınız. Digər lazımlı prosesləri də tamamlədqdan sonra istər "online”, istərsə də "oxundu” bilgilərini istədiyiniz zaman idarə edə bilərsiniz.
Şərh yoxdur