Ubisoft öz press-konfransını maraqlı sürprizlə sona çatdırıb. Belə ki, şirkət Ghost Recon seriyasının yeni hissəsi Tom Clancy\'s Ghost Recon: Wildlands oyununu anons edib. Yeni Ghost Recon open-world sistemli tps (third-person-shooter) oyunudur. Məlumata görə oyunda 4 nəfərlik co-op rejimi olacaq. Bu dəfə oyunçular narkobaronlarla mübarizə aparacaqlar. Oyun open-world sistemli olduğu üçün burada oyunçulara bir çox ərazilərdə oynamaq imkanı veriləcək. Səhralar, dağlar, tropik meşələr və çoxsaylı kiçik şəhərciklər. Onuda qeyd edək ki, oyunda alınacaq hər bir qərarın öz nəticəsi olacaq. Tom Clancy\'s Ghost Recon: Wildlands Pc, PS4 və Xbox One üçün hazırlanır. Oyunun çıxış tarixi hələki elan olunmayıb.
Şərh yoxdur