Gmail, Android platforması üçün yeniləndi və yeni xüsusiyyətlər əlavə olundu

08.05.2017 0 PAYLAŞIM 5470 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Google, Android əməliyyat sistemi üçün Gmail tətbiqini yenilədi. Bu yenilənmə ilə tətbiqə vacib bir xüsusiyyət də əlavə olundu!

Gmail tətbiqi Android əməliyyat sistemi üçün yeniləndi. Yenilənmə ilə bərabər yeni bir xüsusiyyət də əlavə olundu. Yenilənmə ilk olaraq Android-ə gəlsə də yaxın günlərdə iOS üçün də gəlməsi gözlənilir.

Bir çoxlarımızın günlük həyatımızda istifadə etdiyimiz Gmail tətbiqi yeni bir xüsusiyyətlə istifadəçilərə təqdim olunub. Belə ki, artıq siz Gmail tətbiqində copy-past əməliyyatı sırasında yazı formatını olduğu kimi saxlaya biləcəksiniz. Bu yenilənmə sayəsində, Gmail tətbiqi istifadəçiləri hər hansı bir qaynaq üzərindən kopyaladıqları yazıları, formatı və şriftləri saxlanmaq şərti ilə Gmail tətbiqində istifadə edə biləcəklər. Bundan əlavə görüntü əlavələrində də eyni vəziyyət mümkündür.


İlk olaraq dekabr ayının əvvəli Android əməliyyat sistemi üçün istifadəyə verilən bu yenilik, hələ ki, iOS üçün aktiv edilməyib. Ən son 30 noyabr tarixində yenilənən iOS platformasının chagelog siyahısında olmaması bunu təstiqləyir. Bu yeniliyi telefonunuzda görmək üçün Google Play Store üzərində yenilənməni həyata keçirin.