
Günəş sistemi haqqında 10 maraqlı fakt
Digər
07.05.2017
Farid Pardashunas
Günəş sistemi - əminliklə bir şey deyə bilirik. Biz onun haqqında heçnə bilmirik. Və asda asda ətrafımızdaki dünya haqqında məlumatlar toplaya bilirik. Lakin sizə deyəcəyimiz bu 10 fakt haqqında əminliklə danışa bilərik.
1. Merkuri ən isti planet deyil!

Lakin normal düşüncə bizə bunun əksini deyir. Günəşə ən yaxın planet, ən isti planet olmalıdır. Amma digər amilləridə nəzərə almaq lazımdır - məsələn planetin atmosferinin sıxlığı. Merkuridə bu əmsal demək olar 0-a bərabərdir. Digər tərəfdən də Merkuridən sonra Venera gəlir. Günəşdən sıra etibarilə ikinci planet Veneranın atmosfer sıxlığı çoxdur - Yerdən yüz dəfə çox. Və bu bir növ "parnik effekti" yaradır. Merkurinin səthində tempratur 427 C, Venerada isə 464 C-dir
2. ABŞ Plutondan böyükdür

ABŞ-ın bir küncündən digərinə qədər olan məsafə 4700 km-dir. Pluton üçün isə bu məsafə (diametr) 2300 km-dir.
3. Kosmosda vulkanlar yoxdur

Amma fontanlar var. Biz əlbəttə biraz şişirtdik amma bu elədə əhəmiyyət kəsb etmir. Əgər yerdə vulkan dedikdə lava püskürməsi nəzərdə tutulursa kosmosda (məs. İo peykində) bu tərkibi kükürddən ibarət olan su partlaması olacaq. Ümumən Günəş sistemindəki vulkanlar su püskürür.
4. Günəş sistemi Pluton ilə bitmir

Əgər evdə astronomiyaya aid kitab varsa dərhal onu götürüb şəkillərə düzəliş edin. Güşən sisteminin kənarını Plutondan xeyli aralıda çəkmək lazımdır. Düşünülür ki, bizim Günəş sistemi Güşəndən 50000 astronomik vahid uzunluğuna qədər davam edir. Plutondan sonra transneptun obyektlər və Koyper kəməri gizlənir
5. Günəş sisteminin quyruğu var

Bu daha çox böyük bir kometin quyruğuna bənzəyir. "Gelio-tale" adlanır. Onun haqqında heç nə məlum olmamağının çox sadə səbəbi var. O bizim alətlər üçün görünməz hissəciklərdən ibarətdir. Lakin o mövcuddur və Günəş sisteminin kənarından 13 milyard km-ə qədər uzanır. Onun hissəcikləri ətrafa saatda 1.6 milyon km sürətlə yayılır. Güclü küləklər onu bu sürətlə hərəkət etdirir.
6. Yerdə Marsdan gəlmə süxurlar var

Onları biz gətirməmişik. Saxara və Antraktidaya düşən meteoritlərin tədqiqi zamanı aşkarlanıbki bu səma cismləri əvvəlcə Mars planetinin bir hissəsi olub. Analiz meteoritin tərkibində Mars atmosferində olan qazın varlığını təsdiqləyib. Ola bilərki onlar Marsda vulkan püskürməsi nəticəsində bizim planetə "qonaq" gəlib.
7. Ən böyük dəniz Yupiterdə yerləşir

Məhz burada ən böyük Hidrogen və Helium yataqları yerləşir - planet demək olarki ancaq bu iki elementdən təşkil olunub. Planetin kütləsini və tərkibini öyrəndikdən alimlər belə qənaətə gəliblərki, buz buludlarının altında maye halında hidrogen dənizi gizlənir. Hesablamalara görə bu dəniz Günəş sistemində nəinki ən böyük həmçinin ən dərin dənizdir. Təqribi hesablamalar bu dənizin dərinliyinin 40000 km olduğunu deyir.
8. Bir planet çatışmır

Bunu alimlər qaz nəhənglərinin orbitlərini araşdırdıqdan sonra anlayıblar. Onlar belə qərara gəliblərki bu planetlərin orbitləri heç bir modelə uyğun gəlmir və bununda yalnız bir səbəbi ola bilər. Günəş sistemində daha bir planet olub və onun çəkisi Yerdən dəfələrcə çox olub. Bu planeti X adlandırırlar. Düşünülürki bu planet ulduzlar arası boşluğa çıxıb və hələdə orda öz hərəkətini davam etdirir. Lakin o əvvəlki yerində qalsaydı belə biz onu heç vaxt görməzdik. O Plutondan xeyli uzaqda yerləşir və Günəş ətrafında bir tam dövrəni bir neçə milyon ilə edərdi.
9. Uran və Plutonda almaz yağışları yağır

Bu planetlərin səthində yerləşən nəhəng maye karbon okeanlarının varlığından xəbər tutan alimlər bu qərara gəliblər. Araşdırmalar göstəribki bu okeanlarda böyük almaz aysberqləri üzür. Bundan əlavə fiziki prosseslərdən qaynaqlanaraq bu planetlərdə karbon yağışları yağır. Buna görə ola bilərki bəzən xırda almazlardan ibarət dolu yağıntısı olsun.
10. Əslində biz Günəşin içində yaşayırıq

Adətən biz bu ulduzu böyük şar kimi təsəvvür edirik. Şar hardasa səmada yerləşir bizə işıq verir, səhərin açıldığından xəbərdar edir. Lakin Günəş haqqında təsəvvürləri dəyişmək lazımdır. Çünki onun xarici örtüyüdə var. Və o örtük bizim planetdən xeyli uzaqda bitir. Günəşdəki hər partlama Yerdə, Yupiterdə, Saturnda, Uran və Neptunda qütb parıltısı kimi görsənir. Ona görə alimlər belə hesab edirki biz Günəşin heliosferində yaşayırıq və onun radiusu - 100 astronimik vahiddir.
Linki kopyala
Həftənin xəbərləri

