main-post-cover

    Günəş sistemi planetlərinin adlarının mənşəyi

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Günəş sisteminin bir çox planetləri qədim Roma tanrılarının şərəfinə adlandırılmışdır. Bəs siz həmin adların haradan gəldiyini bilirsinizmi? Günəş sistemi mərkəzi ulduzdan və onun ətrafında fırlanan kosmik obyektlərdən ibarətdir. Sözügedən sistem təqribən 4.57 milyard il bundan öncə qaz və tozun qravitasiya sıxılmasından yaranmışdır. Günəş sisteminin tərkibinə 8 planet daxildir. Onlardan yarısı isə Yer qrupuna aiddir (Merkuri, Venera, Yer, Mars). Onları həmçinin daxili planetlər də adlandırırlar. Xarici planetlər isə Yupiter, Saturn, Uran və Neptun-dur.
    Merkuri:
    Günəş sistemində ulduza ən yaxın olan planet Merkuri qədim Roma-da ticarət tanrısı hesab olunmuş Merkuri-nin şərəfinə adlandırılmışdır. Qədim Roma-da Merkuri tanrısının sürətlə hərəkət etdiyinə inanırdılar. Merkuri planeti Günəş ətrafında digər planetlərə nisbətən daha tez fırlanır (88 sutka) deyə ona bu adı veriblər.
    Venera:
    Günəş sisteminin ikinci planeti hesab edilən Venera qədim Roma-da sevgi tanrısı olmuş Venera-nın şərəfinə adlandırılmışdır. O göy üzündə Günəş və Ay-dan sonra ən parlaq obyekt olmaqla yanaşı həmdə Günəş sstemində yeganə planetdir ki, qadın cinsli tanrının şərəfinə adlandırılıb.
    Yer:
    Üçüncü və ölçüsünə görə beşinci olan Yer kürəsi 1400-cü ildən öz adını daşıyır. Lakin bu adın kim tərəfindən qoyulduğu bilinmir. İngilis sözü olan Earth VIII əsrdə anqlosaks dilndən yaranmışdır və mənası yer, torpaq deməkdir. Yer kürəsi Günəş sistemində yeganə planetdir ki, adının qədim Roma mifologiyası ilə heç bir əlaqəsi yoxdur.
    Mars:
    Ölçüsünə görə Günəş sisteminin yeddinci planeti olan Mars-ın səthi dəmir oksidin təsirindən qırmızı rəngdədir. Rənginə görə planet qədim Roma mifologiyasında müharibə tanrısı hesab edilmiş Mars-ın şərəfinə adlandırılmışdır. 
    Yupiter:
    Günəş sisteminin ən böyük planeti olan Yupiter qədim Roma mifologiyasında baş tanrı və o cümlədən şimşək tanrısı hesab edlmiş Yupiterin şərəfinə adlandırılmışdır. 
    Saturn:
    Saturn Günəş sistemində ən ləng planetdir. Onun brinci adı xüsusiyyətinə çox yaxın idi. Belə ki, ilk dəfə o qədim Yunan mifologiyasında zaman tanrısı hesab edilmş Kronos-un şərəfinə adlandırılmışdır. Lakin qədim Roma mifologiyasında Kronos-a bənzər tanrı kənd təsərrüfatı tanrısı Saturn idi. Nəticədə planetə Saturn adı verilmişdir.
    Uran:
    Diametrinə görə üçüncü, çəkisinə görə isə Günəş sisteminin dördüncü planeti olan Uran 1781-ci ildə ingilis astronomu William Herschel tərəfindən kəşf olunmuşdur. Kəşf olunmuş kosmik obyekt isə Kronos-un atası səma tanrısı Uran-ın şərəfinə adlandırılmışdır. 
    Neptun:
    23 Sentyabr 1846-cı il tarixində kəşf edilmiş Neptun planeti yeganə planetdir ki, mütəmadi müşahidələrin köməyi ilə deyil riyazi hesablamaların köməyi ilə kəşf edlmişdir. Planet qədim Roma mifologiyasında dəniz tanrısının şərəfinə adlandırılmışdır.
    Pluton:
    Pluton 2006-cı ildə Günəş sisteminin planeti statusunu itirmişdir. O cırtdan planet adını alıb və Koyper qurşağının ən böyük obyekti hesab edilir. Günəş sisteminin doqquzuncu planeti statusunu o kəşf olunduğu ildən bəri (1930) saxlamışdı. Pluton adı isə ilk dəfə olaraq Oksford-dan olmuş 11 yaşlı məktəbli Venetia Burney tərəfindən təklif edilmişdir. O astronomiyadan əlavə klassik mifologiyanı da öyrənirdi. Beləliklə Venetia qərara gəlmişdi ki, qədim Yunan mifologiyasında yeraltı dünya tanrısının oxşarı olan Pluton (qədim Roma mifologiyası) bu cür uzaqda yerləşən və soyuq olan planet üçün əla variantdır. Nəticədə astronomların səsverməsi ilə planetə Pluton adı verilmişdir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər