main-post-cover

    Günəş sistemində həyatın ola biləcəyi 7 obyekt

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Kepler teleskopu Yer kürəsinə bənzər ekzoplanetlərin axtarışında olduğu vaxtda SETI institutu digər yerlərdə həyatı tapmaq ümidi ilə qalaktikanı müşahidə edir. Astronomlar həyatın çoxda uzaqda deyil - məhz bizim Günəş sistemimizdə olduğuna ümid edirlər. Öz sistemimiz haqqında daha dərindən öyrəndikcə başa düşürük ki, bizi əhatə edən planetlər, peyklər əvvəllər bizə məlum olandan daha çox aktiv və dinamikdirlər. Əgər Günəş sistemində Yer kürəsindən başqa yerdə həyat varsa deməli həmin həyat özünü bu obyektlərdən birində aşkara çıxardacaq.
     
    Avropa
     
     
    Avropa Günəş sistemində həyatın var ola biləcəyi obyektlərdən biridir. Ölçüsünə görə Yupiterin 4-cü peyki sayılan Avropa Yer kürəsində mövcud olan bütün okeanlardan daha çox su ehtiyyatına malik ola bilər. Su olan yerdə isə həyat mövcuddur. Avropanın səthi 15 km qalınlığında buz ilə örtülüdür. Bu isə o deməkdir ki, buz örtüyünün altındakı var ola biləcək orqanizmlər fotosintezdən əlavə digər enerji mənbəyinə ehtiyac duymalıdırlar. Lakin tamamilə mümkündür ki, okeanın dərinliklərində olan hidrotermal mənbələr orqanizmlərin həyatını stabil şəkildə saxlasın. Yer kürəsindəki okeanların dərinliklərində yaşayan yengəclər və həlqəvi soxulcanlar məhz bu üsul ilə həyatlarını davam etdirirlər. Alimlər artıq Avropa-nın okeanlarının öyrənilməsi planlarını tərtib edirlər.
     
    Mars
     
     
    Biz hələdə Mars-da həyatın var olması ümidini itirmirik. Bir neçə müddət bundan öncə planetdə həqiqətən də maye suyun axdığı təsdiq olundu, Bundan sonra Mars-da həyatın var olma mövzusu yenidən diskussiyaya səbəb oldu. Hal-hazırda 2020-ci ildə Mars-a göndərilməsi planlaşdırılan yeni robot hazırlanır. Alimlərdən biri su ilə hidrogen peroksid qarışığına əsaslanaraq Mars-da həyatın ola biləcəyini düşünür. Mars planetinin yaxın olduğunu nəzərə alaraq həyatın axtarışı üçün ən optimal yer Mars-dakı Horowitz krateridir. Məhz burda yay aylarında duzlu su əmələ gəlir.
     
    Enkelad
     
     
     
    Saturn-un 6-cı ən böyük peyki olan Enkelad-da həyatın var olma mümkünlüyü Avropadakı kimidir. Yəni Enkelad da Avropa kimi buz örtüyünə sahib səthə malikdir. Təbii ki, burdada buz örtüyünün altında okeanlar mövcuddur. Hidrotermal mənbələr okeanın dərinliklərindəki həyatın stabilliyini saxlamaq üçün istilik, enerji və mürəkkəb molekullar verə bilər. Saturn-un güclü qravitasiyasının təsiri nəticəsində Enkeladın səthindəki sular qeyzerlər kimi püskürür. Bu yaxınlarda Cassini kosmik aparatı bu cür qeyzerlərdən birinin yaxınlığından keçmişdir. Əldə olunmuş məlumatlar əsasında alimlər Enkelad-da olan okeanların tərkibini öyrənərək orda həyatın olub olmamasını müəyyən edə biləcəklər. 
     
    Titan
     
     
    Saturn-un ən böyük peyki olan Titan Günəş sistemində yeganə obyektlərdən biridir ki, onun səthində Yer kürəsindəki kimi maye göllər axır. Lakin bu göllər su ildə deyil, maye etan və metan ilə zəngindir. Bundan əlavə olaraq onlara hər dəfə atmosferdən yağan karbohidrogen yağışları əlavə olunur. Titan-ın soyuq olmasına (-130 dərəcə) baxmayaraq alimlər orda həyatın var olma ehtimalını əldən buraxmırlar. 
     
    Venera
     
     
    Veneranın səthi 450 dərəcəyə kimi qıza bilir. Onun səthi o qədər istidir ki, ora gondərilən kosmik aparatlar maksimum 1-2 saat fəaliyyət göstəriblər. Buna baxmayaraq mikrob formasında həyatın atmosferin yuxarı qatlarında ola biləcəyini düşünən alimlər var. Onların fikrincə atmosferin yuxarı qatlarının temperaturu həyat üçün daha məqsədə uyğundur. Orda su parı ilə oksigendən əlavə olaraq mikrobların qidalanması üçün kükürd dioksid və ya dəm qazı mövcuddur. 
     
    Pluton və Xaron
     
     
    Bir neçə müddət bundan öncə New Horizons kosmik aparatının Pluton və onun peyki Xaron-u müşahidəsindən sonra məlum oldu ki, bu iki obyekt geoloji aktivliyə malikdir. Bir çox alimlərin fikrincə Pluton-da da okeanlar mövcuddur. Pluton həmçinin hündürlüyü 3500 metrə çatan buz dağlarına da sahibdir. Pluton ilə Xaron-un bir birilərinə təsir etdikləri qravitasiya qüvvəsi su mənbələrində gizlənmiş həyat üçün enerji və istilik mənbəyi ola bilər.
     
    Qanimed
     
     
    Yupiterin böyük peyki olan Qanimed həyatın var olması üçün əsas namizədlərdən biridir. Lakin onun müşahidə olunması çətinlik yarada bilər. Vizual müşahidələr onu göstərir ki, Qanimed də digər obyektlər kimi yeraltı okeanlara sahibdir. Avropadan fərqli olaraq Qanimed-də okeanlar peykin səthindən 100 km dərinlikdə yerləşir. Beləliklə onun müşahidəsi kosmik aparat vasitəsilə qeyri-mümkündür. Ola bilsin gələcəkdə texnologiyanın inkişafı nəticəsində Qanimed-ə səthi qazmağa imkan verə biləcək robot göndərilsin. Məhz o zaman Qanimed-də həyatın var olub olmaması bilinəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər