main-post-cover

    Günəş sistemində yeni planet?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    2007 OR10 planeti Plutondan sadəcə bir qədər balacadır və Günəş sisteminin sərhədlərində yerləşir. Bəs hansı səbəbə görə astronomlar indiyənə kimi həmin planeti görmürdülər? 2007 OR10 Günəş sistemində yerləşən cırtdan planetlər sırasında ölçüsünə görə 3-cü yeri tutur. Yeni kosmik obyektin diametri 1537 km-dir. Bu cür planetlərin arasında yalnız Pluton ilə Erida yeni aşkarlanmış planetdən böyükdürlər. 2007 OR10 ölçüsünə görə Günəş sisteminin 3-cü cırtdan planeti olmaqla yanaşı həmdə rəsmi ad almayan ən böyük planetidir. Astronomlar 2007 OR10-un varlığını hələ 2007-ci ildən bəri bilirdilər. Lakin planetin səthinin qara və qəribə orbitinin olmasına görə astronomlar onun ölçüsünü ciddiyə almırdılar. Planetin səthinin qatı tünd qırmızı rəngdə olmasının əsas səbəbi metan buzlaqlarının laylarının dəyişməsidir. Əks olunan işığın azlığından Kepler teleskopu planeti çətinliklə aşkar edib. Bundan əlavə olaraq planet inanılmaz dərəcədə ləng fırlanma dövrünə sahibdir. Belə ki, orda bir sutka 45 saata bərabərdir. Bu göstərici isə sistemimizdə ən ləng fırlanma dövrlərindən biridir. Bu cür göstərici ilə uzun ellipsvari orbit nəticəsində planetin müşahidəsi çətinləşib. Lakin buna baxmayaraq Kepler teleskopu 2014-cü ildə planeti qısa müddətə də olsa müşahidə edə bilib. Əgər Konkoya rəsədxanasının tədqiqatçıları Kepler və Herschel teleskoplarının nəticələrini qarşılaşdırmasaydılar onda planet hələ uzun müddət ərzində onların nəzərlərindən gizlənmiş olacaqdı. Məhz bu cür onlar yeni planetin ölçülərini müəyyən edə biliblər. Hal-hazırda isə aşkar edilmiş planetə hansı adın verilməsi düşünülür.
    Linki kopyala