main-post-cover

    Günəş sistemindəki 10 nəzəri dəyişiklik

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İnsanlar sarı ulduzun ətrafında fırlanan və bir peykə sahib olan yaşıl planetdə yaşayırlar. Günəş sistemində Yer kürəsindən əlavə 8 planet və yüzlərlə digər kosmik obyektlər mövcuddur. Bəs əgər hadisələr əksinə cərəyan etsəydi bizim sistemimiz hansı halda olardı?
    Biz kosmosu müşahidə edərək Günəş sistemi haqqında daha çox məlumata sahib oluruq. Hal-hazırda elmin inkişafı nəticəsində biz onun haqqında 100 il öncə bildiyimizdən daha çox şey bilirik. Çox məlumat əldə etdikcə başa düşürük ki, hal-hazırda olan mühitdə sağ qalan və inkişafını davam etdirən insanların yaxud digər orqanik canlıların bəxti çox gətirib. Gəlin Günəş sistemindəki nəzəri dəyişikliklərə nəzər salaq və təəccüblənək.
     
    Əgər Mars öz maqnit sahəsini itirməsəydi o Yer kürəsinə çox bənzəyəcəkdi. O öz dəniz və okeanlardan başqa orqanik həyatına sahib ola bilərdi. Lakin bunun nə vaxtsa belə olduğu inkar olunmur.
     
     
    Əgər Yer kürəsinin peyki Ay yox olsaydı planetimizdə gecələr daha qaranlıq, qabarmalar və çəkilmələr zəif, iqlim isə qeyri-stabil olardı. Ay Yer kürəsinin yaranmasından bəri mövcud olmasaydı planetimiz daha sürətlə fırlanaraq 8 saatlıq sutkaya və 1000 günlük ilə sahib olardı.
     
     
    Yer kürəsi Saturn kimi halqalara sahib olsaydı onda göy üzü daha da işıqlı olardı. Belə ki, halqalar tək Ay-dan daha çox işıq əks etdirərdilər. Digər tərəfdən planetimizin səthinə düşəcək işığın az miqdarda olacağı nəticəsində qış fəsli daha sərt keçəcəkdi.
     
     
    Yupiter ulduza çevrilsəydi nə baş verərdi?
    Alimlərin fikrincə Yupiterə biraz vaxt və güc lazım idi ki, o ulduza çevrilsin. Belə bir hadisə baş versəydi onun ətrafında xaos yaranardı. Yer kürəsi isə çətin ki, o xaosda sağ qala bilərdi.
     
     
    Əgər Yer kürəsi öz oxunun əks istiqaməti üzrə fırlansaydı onda Günəş qərb tərəfdən qalxıb şərq tərəfdə batardı. Küləklərin əsmə istiqaməti və planetin iqlimi tamamilə dəyişərdi. Avropa dənizlərdən əsən isti küləklərlə vidalaşaraq Sibirdən əsəcək küləklərlə qarşılaşardı.
     
     
    Yer kürəsi Mars ilə yerini dəyişsəydi temperatur şəraiti tamamilə dəyişərdi. Mars-da daha isti olaraq qütblərdəki buzlaqlar əriyərdi. İqlim isə planetimizdəki iqlimə bənzəyərdi. Yer kürəsi əksinə donardı.
     
     
    Günəş sistemi qalaktikanın mərkəzində və yaxud sərhədində yerləşsəydi nə baş verərdi?
    Sistemimiz qalaktikanın mərkəzində yerləşsəydi milyonlarla ulduzların olması nəticəsində gecə vaxtı göy üzü daha parlaq olardı. Ulduzlar arasındakı məsafə isə işıq ili yox işıq həftəsi ilə əvəz olunardı. Qalaktikanın sərhədində biz çətin ki, sağ qala bilərdik. Belə ki, Yupiter kimi nəhəng planetlər nadir hallarda yaranır. Nəticədə bizi asteroidlərdən qoruya biləcək kosmik obyekt olmazdı.
     
     
    Sistemimizdə iki dənə Günəş olsaydı planetimizdə günlər daha qıs olardı. Planetin səthindəki suyun səviyyəsi isə qalxardı.
     
     
    Günəş sönsəydi nə baş verərdi?
    Nə qədər təəccüblü olsa da Yer kürəsi qısa vaxt ərzində donmazdı. İlk öncə temperatur -17 dərəcəyə, 1 il ərzində isə -75 dərəcəyə düşərdi. Fotosintezsiz bütün bitkilər məhv olardı. Okeanlar isə donardı.
     
     
    Yer kürəsi qara dəliklə toqquşsaydı qara dəliyin qravitasiya sahəsi təkcə planetimizi deyil, bütün Günəş sistemini 1 işıq ili və yaxud daha az məsafə üzrə parçalayardı. Əgər qara dəlik böyük olmasaydı belə o xaos yaradaraq sistemin bütün planetlərinin orbitlərini dayişərdi.
     

    Linki kopyala