main-post-cover

    Google Allo istifadəçiləri hansı funksiyalarla qarşılayacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Allo-nun təqdim olunmasına az qalıb. Bununla bərabər yeni messencer haqqında məlumatlar da ortaya çıxır.

    "Google”un digər tətbiqlərindən fərqli olaraq Allo-da çatların "history” bölməsindən ismarıcları pozmaq mümkün olacaq. Messencerin təqdim olunmuş yeni fotolarında görmək olar ki, Allo-ya ayrı-ayrı ismarıcların pozulması funksiyası əlavə oluna bilər. Daha əvvəl bu cür funksiya digər messencerlərdədə reallaşdırılmışdır və istifadəçilər üçün əlverişli olmuşdur. Daha sonra məlum olub ki, Google Allo-da ismarıclar yalnız ismarıcları göndərən şəxsin cihazında pozulacaq. Həmin ismarıcları qəbul edən digər şəxs isə onları görə biləcək. Həmçinin ismarıcların digər çatlara göndərilməsi və onların kopyalanaraq göndərilməsi funksiyası da messencerdə olacaq. Həmçinin tətbiqin ilk startında 24 stikerin aktiv olacağı məlum olub. Nəzərinizə çatdıraq ki, messencerin təqdim olunmasına az müddət qalmış "Google” tətbiqdəki bəzi funksiyaları dəyişə və ya onları ümumiyyətlə tətbiqdən çıxara bilər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər