main-post-cover

    Google Android proqramlaşdırma kurslarına start verib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google şirkəti ən böyük online təlim saytlarından biri olan Udacity-ə Android sistem təminatı üzrə proqramlaşdırma kurslarını əlavə edib. Həmin kurslar əsasən mobil tətbiqlər yaratmaq istəyən lakin bu sahə üzrə başlanğıc biliklərə sahib olmayan yeni proqramçılar üçün nəzərdə tutulub. "Android Basics” (Androidin Əsasları) adlı kurs 165 saat müddəti üçün nəzərdə tutulub. Kurs çərçivəsində yeni proramçılar Java proqramlaşdırma dilinin asan səviyyədən çətin səviyyəsinə kimi yiyələnəcəklər. Bundan əlavə olaraq iştirakçılar həmçinin Google-ın bu sahə üzrə ekspertləri ilə də məsləhətləşə biləcəklər. Online təlim hər bir iştirakçıya ayda $199 qiymətinə başa gələcək. Lakin kursun birinci həftəsini tamamilə pulsuz keçmək olar. Kursun müəlliflərinin sözlərinə əsasən təlimin sonunda iştirakçılar böyük Android tətbiq portfoliosuna sahib olacaqlar. Android Basics kursunu bitirən ilk 50 iştirakçını isə Google təqaüd ilə təmin edəcək. Qeyd edək ki, Google Udacity online universiteti ilə artıq çoxdan əməkdaşlıq edir. Bir neçə il bundan öncə şirkət Udacity-də Android üzrə proqramlaşdırmanın tarixi və əsasları haqqında pulsuz kurs yerləşdirmişdi. 
    Linki kopyala