Google\'un ana şirkəti olan Alphabet, dünyanın ən dəyərli şirkəti ünvanına sahib oldu.
Xatırlayırsınızsa keçən ilin yay aylarında Google yeni ana şirkəti Alphabet\'i təqdim etmişdi. Bununla bərabər bütün Google xidmətləri və servisləri Alphabet adı altında toplanmışdı. Bugün isə Alphabet, 2015-ci ilin son rübünə aid maliyyə hesabatlarını açıqladı.
Açıqlanan rəqəmlərə görə Alphabet dördüncü rübdə 21.33 milyard dollar gəlir, 4.9 milyard dollar isə xeyir əldə edib.
Şirkətin hissə başı dəyəri isə 8.67 dollara yüksəlib. Bu hissə başı dəyər isə Alphabetin 2010 ilindən bəri ilk dəfə Apple-ı keçməsinə şərait yaratdı. Alphabet\'in bu anki dəyəri 570 milyard dollar səviyyəsindədir. Buna qarşı isə Apple\'ın dəyəri 539 milyard dollardır.
Alphabetin maliyyə nəticələri aşağıdakı kimidir:
Satışlar:
2014-cü ilin son rübü: 18.1 milyard dollar
2015-ci ilin dördüncü rübü: 21.3 milyard dollar 18% artım.
Mənfəət:
2014: 4.7 milyard dollar
2015: 4.9 milyard dollar, 4% artım.
Şərh yoxdur