main-post-cover

    Google Apps, adını G Suite olaraq dəyişdirdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” bugünə qədər şirkətlərə proqram təminatı və Google məhsullarının xidmət verdiyi "Google Apps”in adını "G Suite” olaraq dəyişdiyini elan etdi.

    Bütün istifadəçilərinə, "Vacibdir” etiketi ilə göndərdiyi bir e-poçt ilə ad dəyişkiliyinə gedən "Google”, şirkətlərə istiqamətlənmiş bütün həllərini "G Suite” adı altında topladı.
    Aralarında Gmail, Docs, Drive və Təqvim kimi ayrı tətbiqlərin yer aldığı Google Apps bundan sonra G Suite olaraq adlandırılacaq. "G Suite”in ən vacib xüsusiyyəti şirkətlərin bütün bu əlaqə, yaddaş, təşkilati və iş sistemini hər yerdən əldə edilə bilinəcək formada clouda daşımaq və şirkətlərə yeni həll üsulları təklif edə bilmək olaraq göstərilir.
    Bundan 10 il qədər əvvəl ilk Google Apps tətbiqlərini və şirkətlər üçün həll üsullarını hazırlamağa başlayan "Google”, ilk başlarda ödənişsiz olaraq verdiyi və "Google Apps for Your Domain” adı ilə başlatdığı servisdə bugün aylıq və illik abunəlik modellərinə görə ödənişlə işləyir və "Google”un ciddi gəlir mənbələrindən biridə məhz elə Google Apps, yeni adi ilə G Suite-dir. Xidmətinin Rebrendinqini təqdim edən "Google”, baxaq görək G Suite adı ilə daha çox Startapa və şirkətə xidmət göstərə biləcəkmi?
     

     
    Linki kopyala