main-post-cover

    Google artıq flash dövrünə son qoyur

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Internetdə uzun müddət öz varlığını qoruyub saxlamış flash məzmunları artıq HTML5 ilə əvəz olunmağa başlayır Bunun əsas səbəbi isə artıq HTML5-in daha da geniş yayılması və o cümlədən, mobil platformada üstünlüyü ələ almasıdır. Həm də flash-in uzun müddətdir yenilənməməsi bir çox internet saytlarının ondan üz döndərmələrinə səbəb olub. Amma buna baxmayaraq, flash bir çox brauzerlər tərəfindən aktuallığını itirməmişdi. Artıq ən böyük brauzerlərdən olan "Google" da yaxın zamanlarda yenilənmələrlə birgə Chrome platformasında flash dəstəyini götürəcəyini və bunun yerinə dekabr ayında Google Chrome-un HTML5 məzmunlara yönələcəyini bildirib. Düzdür yaşadığımız dövrdə flash əsaslı xidmətlər qalmasa belə Google-un bəzi xidmətləri flash əsaslı işləyirdi. "Youtube" başda olmaqla Google xidmətlərinin də HTML5-ə keçid etməsi, flash dövrünün sonunun gəldiyinə işarədir.
    Linki kopyala