main-post-cover

    Google axtarış bölməsinə yeni biri daha əlavə olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Google”un mobil tətbiqinə yeni bir axtarış bölməsi daha əlavə olunur. Mobil cihazınız üzərindən Google-a daxil olduğunuz zaman ya da Google Now ilə hər hansı axtarış həyata keçirdiyinizdə yeni bölmə qarşınıza çıxa bilər. Bu bölmə In Apps (tətbiqlərin daxilində) adlanır. Google-dan tanıdığımız Picture, Video, News bölmələri kimi indi də In Apps vasitəsilə, axtardıqlarınızı cihazda olan tətbiqlərin daxilində asanlıqla tapa biləcəksiniz. Google-a gələn yeni axtarış bölməsi sadəcə telefonunuzda olan tətbiqləri əhatə edir. In Apps vasitəsilə axtarış etdiyinizdə çıxan nəticələr, telefonunuzda yüklü olan tətbiqlərdən (Mesajlar, Kontakt, Gmail, Spotify, Youtube) əldə edilir.
     
    Yenilik hələ ki, sadəcə Android cihazlarda istifadəyə veriləcək. İstifadə zamanı internet bağlantısına ehtiyac olmur. Həmçinin istədiyiniz tətbiqi filtrləyərək çıxmasına mane ola bilərsiniz. Google nümayəndələrinin açıqlamasına görə, yeni axtarış xüsusiyyətlərinə inteqrasiya edilən standart tətbiqlərdən əlavə, zamanla Facebook Messenger, LinkedIn, Evernote, Glide, Todolist və Google Keep kimi tətbiqlər də siyahıya əlavə olunacaq. Bu xüsusiyyətin LG V20-dən başlayaraq bəzi telefonlarda qısa yolu da əlavə olunacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər