main-post-cover

    "Google Chrome" RAM probleminə son!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google Chrome web brauzerinin sistemlərə gətirdiyi yük istifadəçilər üçün bir işgəncə kimi görülür. Nəysə ki şirkət bunu çox yaxında dəyişdirir.

    Web brauzerlərin zirvəsindəki ad Google Chrome, bir çox istifadəçinin (eləcə də mənim) istifadə etdiyi əsas brauzerdir. Mozilla Firefox, Microsoft Edge və Safari kimi rəqiblərinin qarşısında dimdik ayaqda durmağı bacaran Chrome-un RAM üzərindəki yükü isə təəssüf ki böyük problemlər yaradır. Google isə edəcəyi vacib bir yenilənmə ilə məşhur brauzerin bu problemini ortadan qaldıracaq. Necə?

    Google Chrome 55 ilə problem həll ediləcək

    "Technote.az”ın"Engadget”ə istinadən verdiyi xəbərə görə, yaşanılan problemlərin fərqinə çoxdan varan Google, Chrome 55 versiyası ilə vəziyyəti dəyişdirmək niyyətindədir. Yüksəldiləcək olan javascript mühərriki vasitəsilə Ram üzərindəki yük azaldılacaq.

    Hal-hazırda bir çox müasir saytların da javascript istifadə etdiyini düşündüyümüzdə ciddi mənada fərq yaradılacağına inanırıq. Hətta şirkət New York Times, Reddit və YouTube-un da daxil olduğu test saytlarında Chrome 53 versiyasına nisbətən 50% daha az RAM istifadə edildiyini yoxlayıb.
    Chrome ilə birlikdə başqa proqramlar da işlətdiyinizdə fərqi daha çox hiss edəcəyiniz yeni versiya, xüsusilə RAM yaddaşı az olanlar üçün mükəmməl seçim olacaq.
    Kompüterlər üçün Chrome 55 versiyasının 6 Dekabr tarixində təqdim ediləcəyi bildirilərkən, bu versiyanı indidən yoxlamaq istəyənlər üçün beta versiyasını yaxında sizlərə təqdim edəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər