main-post-cover

    Google-da mühəndis olmaq üçün lazım olan 12 texniki cəhət

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bir çoxumuzun brauzerə girdiyimizdə ilk səhifə olaraq daxil olduğumuz Google, dünya üzrə iş axtaranların işləmək istədiyi firmalar siyahısında da ilk sıradadır.

    Google-a olan sevgimizin yanında bunun bir başqa səbəbi də şübhəsizki şirkətin işçilərinə verdiyi imtiyazlar və digər şirkətlərə baxanda verdiyi "bir qədər artıq maaş”dır.
    Görülən işin yarısını mühəndislik olan şirkətdə developerlər, təxminən 150.000 dollarla illik maaşın ən yüksək zirvəsini əllərində saxlayırlar. Bəs, hər il 4000 işə alım reallaşdıran Google-a girə bilmək üçün nə kimi bacarıqlara malik olmaq lazımdır?
    Thomas Friedman-ın Google-un HR direktoru ilə apardığı bir müsahibədə, öyrənməyə qarşı maraq, yaradıcılıq, nizam-intizam, geniş çərçivəli düşünmək bacarığı, maraq və təvazökarlıq kimi xüsusiyyətlər önə çıxarkən, Google-ın mühəndis komandasının ixtisaslaşmalı olduqları texniki bacarıqları da sizə xatırlatmaq istəyirik:

    1) Təməliniz möhkəm olsun: Komputer sistemlərinə giriş səviyyəsində hakim olmaq olduqca vacibdir. Bunun üçün Coursera Udacity kimi saytlardan faydalana bilərsiniz.
    2) C++, Java ya da Python kimi proqramlaşdırma dillərindən ən az birini bilmək lazımdır: Google-un Python Sinifi bu mövzuda sizə kömək edə bilər.
    3) Başqa proqramlaşdırma dilləri öyrənin: Google; javascript, CSS, HTML, Ruby, C, PHP, Perl, Shell. Lisp, Scheme kimi proqramlaşdırma dillərini bilən mühəndislərə üstünlük verir.
    4) Kodunuzu test edin: Bu konutu yenə Udacity-dən faydalanaraq əksiklərinizi görə bilərsiniz.
    5) Analitik düşünmə və abstrakt riyaziyyat da vacibidr:MIT-nin kompüter elmləri üçün riyaziyyat dərsləri bunun üçün rəqibi olmayan bir mənə olacaqdır.
    6) Alqoritm və dataları bilin: Bu mövzuda Wikipediabelə istifadə edilə bilər.
    7) Əməliyyat sistemlərini bilin: UC Berkeley-in YouTube videoları bu mövzuda sizə köməkçi olacaq
    8) Süni zəka ilə əlaqə qurun.
    9) Compilers istifadə etməyi bacarın: Courseranın bu mövzuda da bir dərsi mövcuddur.
    10) Şifrə yazımını öyrənin: Google-da işləməyin başqa yolu var? :) Buradan kömək ala bilərsiniz.
    11) Paralel proqramlaşdırmaya giriş edin: Courseranın paralel proqramlaşdırma üçün dərslərindən istifadə edə bilərsiniz.
    12) Texnologiyadan xəbərdar olun: Bu mənbədən gündəlik texnologiya dozanızı almağı unutmamağınız, sizə Google-da işə düzəlmək üçün kömək edə bilər.

    Bu yola baş qoyan hər kəsə uğurlar!
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər