Reklam
Google-dan növbəti satınalma: Orbitera

Google-dan növbəti satınalma: Orbitera

Digər
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Google, bulud xidmətləri sahəsindəki satın almalarına bir yenisini daha əlavə edib. Bulud əsaslı xidmətlər təklif edən Orbitera.com-u satın aldığını elan etdi.

Fərdi bulud əsaslı xidmətlər sahəsində kifayət qədər güclü olan Google, korporativ tərəfdə "Amazon Web Services” və "Microsoft Azure” kimi rəqiblərlə rəqabət aparmağı da əldən buraxmır. Technote.az-ın "Webrazzi”-yə istinadən verdiyi xəbərə əsasən indiyə qədər 2 milyon dollar investisiya alanOrbitera da bu vizyona uyğun bir satınalmadır. Rəsmi rəqəmlər açıqlanmasa da, gələn xəbərlər Google-un Orbitera üçün 100 milyon dollar ödədiyi və bunun daha çox bir istedad satın alması olduğu qismindədir.

Firas BuşnaqBrayn Sinqer tərəfindən yaradılan Orbiteranın CEO-su Marcin Körc keçmiş bir Amazon Web Services işçisidir (3 il) və bu da bu satın almanın strateji dəyərini artırır. Açıqlanan rəqəmlərə görə Orbitera-dan bu günə qədər 60 min şirkət istifadə etmişdir. Orbitera-dan xidmət alan şirkətlər arasında da Adobe Oracle kimi nəhəng şirkətlər mövcuddur.


Google bu satın almayla həm Google Cloud Platform-dakı xidmətlərini həm də Orbiteranın müştərilərinə keyfiyyətli bulud xidməti verməyi hədəfləyir. Orbitera-nın hələ ki öz gücünə işləri davam etdirəcəyi də açıqlanır ki, bu vaxt Google-ın Orbitera platformasını tam olaraq öz tərkibinə qatacağı günə qədər davam edə bilər.

Şirkətlərə yönəlik bulud əsaslı xidmət və texnologiya rəqabəti heç şübhəsiz ki bundan sonra da davam edəcək. Bu sahədə sadəcə texnologiya üstünlüyünün deyil, istedad satın almaları və istedad transferlərinində vacib olduğu bir o qədər dəqiqdir. Ona görə ki, bu investisiyaların sonunda Apple kimi milyard dollarlıq müştərilər əldə edə bilmə şansları var...

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×