
Google-dan süni zəka ilə işləyən və çox sevəcəyiniz möhtəşəm oyun: Quick, Draw!
Digər
07.05.2017
Farid Pardashunas
"Google”un süni zəka ilə hazırladığı şəkil çəkmək oyunu Quick, Draw!, həm ingilis dilinizi inkişaf etdirəcək, həm də sizə boş vaxtınızı əyləncəli keçirdəcək bir oyun olaraq gəlir.
"Google”un
süni zəka istifadə edərək hazırladığı şəkil çəkmək saytı Quick, Draw!, əslində
sadəcə bir rəsmi tanımaq oyunudur. Yəni sizə ekranda çəkməyinizi istədiyi bir əşya
ya da hər hansı bir şey deyir, 20 saniyə içərisində siz də çəkməyə çalışırsınız.
Ancaq
işin qəribə tərəfi siz çəkərkən də ekranın altında çəkdiyiniz şeyi sürətlə təxmin
etməyə çalışır. İlk çəkilişdən etibarən sürətli bir şəkildə təxminlər yeridən
bu süni zəkanın təxminləri isə həqiqətən təəccübedici və realdır.
Linki kopyala
Həftənin xəbərləri

