main-post-cover

    Google Duo-ya hansı yenilik əlavə olunacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu həftə "Google” şirkəti öz videozəng servisi Duo-nu bəzi regionlar üçün təqdim etdi. Bu servisin əsas özəlliklərindən biri Knock Knock funksiyası oldu. Bu funksiya istifadəçiyə ona zəng edən şəxsi zəngə cavab vermədən öncə görə bilməsinə imkan verir.

    Bundan əlavə olaraq şirkət QUIC protokolundan istifadə edərək daha keyfiyyətli video görüntünü təmin edir. Google bildirib ki, yaxın zamanda Duo servisinə istifadəçilərin ən çox istədikləri audiozəng funksiyası əlavə olunacaq. "Technote.az”ın "4pda.ru” saytına istinadən verdiyi xəbərə əsasən Google həmçinin yaxın vaxtda Allo adlı servisi də istifadəyə verəcək. Bu servis ismarıcların tez bir zamanda göndərilməsi üçün nəzərdə tutulub. Duo kimi Allo da Google+ hesabı ilə deyil, telefon nömrəsi sayəsində çalışacaq.
    Linki kopyala