main-post-cover

    Google Fiber yenidən gündəmə gəlib!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Yenidən gündəmə gələn Google Fiber Phone çox yaxında sabit xətt kimi evlərimizə girəcək. Ev telefonu kimi xidmət edəcək bu sistemlə bağlı bu işin arxasında başqa planlar var.
    imrs.php

    Bildiyimiz kimi Project Fi ilə bərabər GSM operatoru olmaq üçün böyük addımlar atan Google, bir yandan da 5G üzərində işləməyə başlamışdı. Firmanın xidmət sahəsini genişləndirmək istəyən idarəçilər bu yolda inqilab statusu daşıyacaq proyektlərlə istifadəçilərin qarşısına çıxmaq istəyir. Fiber Phone’un bu prosesə girdiyi hissə isə günəş enerjisindən güc alan və günlərlə havada qala bilən xüsusi cihazlar ilə 5G texnologiyasını təqdim etmək istəyən Google,  5G’nin sürəti üçün Fiber Phone’nun infrastrukturundan faydalanacaq. Yəni tək proyekt kimi görünsə də, gələcəkdə Google Fiber Phone’nun infrastrukturundan  yararlanaraq yeni məhsullar istehsal edərək qarşımıza çıxa bilər. Google sadəcə bununla kifayətlənməyəcək. Google Voice üçün də Fiber Phone‘dan yararlanacaq. Beləliklə, ev xətti istifadəçiləri səsli mesaj xüsusiyyətindən də istifadə edə biləcək. Google nömrələrini Fiber Phone‘a daşımaq istəyən istifadəçilər üçün də nömrə alımları ilə bağlı çalışdıqlarını vurğulayıb.
    Linki kopyala