main-post-cover

    "Google", gedəcəyiniz yerin nə qədər dolu olduğunu deyə bilir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google"un yeni xüsusiyyəti vasitəsilə getmək istədiyiniz yerin o an nə qədər dolu olduğunu görə bilərsiniz.


    Keçən il "Google”, "Popular Times” adlı bir xüsusiyyətini istifadəyə verdiyini elan etmişdi. Bu xüsusiyyət, bəzi məkanların və dükanların ümumi olaraq hansı günlərdə, hansı saatlarda dolu olduğunu göstərirdi. Popular Times-ın istifadəsindən məmnun qalan "Google”, bu xüsusiyyəti biraz inkişaf etdirdiyini və artıq canlı olaraq məkanların doluluq dərəcəsini ölçə bildiyini açıqladı.
    Google Search-ün və Google Maps-in birlikdə işləməsi ilə ortaya çıxan xüsusiyyət, getmək istədiyiniz kafenin, barın, alışveriş mərkəzinin və digər məkanların içərisində olan şəxslərin sayını avtomatik olaraq hesablayır, ancaq Popular Times-dan fərqli olaraq topladığı məlumatları canlı olaraq sizə çatdırır.
    Xüsusiyyətin tam olaraq nə zaman istifadəyə veriləcəyi bilinmir ancaq bir neçə gün içərisində istifadə edə biləcəyimiz təxmin edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər