Google, Hindistanın tualet problemini həll edəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Google şirkəti Hindistanın ictimai yerlərdə tualetdən istifadə mədəniyyətini formalaşdırmaq üçün yeni proqrama start verib. Artıq insanlar öz ehtiyaclarını ödəmək üçün smartfonlar vasitəsilə ictimaiyyət üçün nəzərdə tutulmuş tualetlərin yerini tapa biləcəklər.
CNBC-nin verdiyi məlumata görə bunun üçün
insanlar öz telefonlarında "tualet” yaxud "swachh” sözlərini yazaraq axtarışa
verə bilərlər. Yalnız Dehlidə 5.100 belə ictimai tualet fəaliyyət göstərir.
Xatırladaq ki, Dehli, Hindistanın ən böyük şəhərlərindəndir. Google bu xidmətində
ictimai tualetin harda yerləşməsindən əlavə onun haqda bütün məlumatları əks
etdirir. Başqa sözlə desək, tualetin sahib olduğu gigiyenik təmizlik, onun
pullu yaxud pulsuz olması haqda bütün məlumatlar verilir.
Axtarış zamanı istifadəçi ona yaxın hansı
tualetlərin olduğunu, ünvanları və fəaliyyət göstərdiyi saatları görə bilər. Bu
haqda məlumatı Google Maps İndia-nın layihələr üzrə meneceri Saket Gupta verib.
Burda əsas məqsəd ölkədə sanitar gigiyenik
qaydaların bərpası və gələcəkdə insanların bu istiqamətdə maariflənməsinə şərait
yaratmaqdır.
Xatırladaq ki, Hindistanda 1.2 milyard insanın evində tualet yoxdur. Dehlidə isə 5 milyon insan ictimai yerdən istifadə
edir. Doğrusu bir çox sahələrdə, xüsusilə
texniki və kompüter sahəsində inkişaf etmiş belə bir ölkənin belə problemlərdən
əziyyət çəkməsi bir qədər normal hal deyil.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!