Hər zaman bir axtarış sistemindən daha artığını təqdim etməyi hədəfləyən Google, artıq idman oyunları vaxtı canlı matç rəylərini paylaşacaq.
Axtarış nəticələrində məkan məlumatı, hava haqqında məlumat və matç hesabı kimi əlavə funksiyalar təqdim edən Google, bu dəfə ICC World Twenty20 turniri vaxtı matç rəylərini canlı yayımlayacağını açıqlayıb.
Turnir vaxtı idmançıların, idman şərhiçilərinin və ya səlahiyyətli şəxslərin rəyləri, axtarış nəticəsində birbaşa göstəriləcək.
Beləliklə matç vaxtı hesab və vaxtla yanaşı, digər insanların rəylərini birbaşa izləyə biləcəkiniz.
Google, canlı matç rəylərinin bundan sonra hər matçda aktiv olub-olmayacağı haqqında açıqlama verməyib.
Şərh yoxdur