Cənubi Koreya nəhəngi Samsung, son günlərdə Android 5.0 və yuxarı versiyaları istifadə edən cihazlar üçün önəmli yenilik etmiş və brauzerə reklam əngəlləmə dəstəyi gətirmişdi. Bu prosesə Google’dan önəmli məhdudiyyət gəldi.
Samsung’un sadəcə öz brauzerində istifadə edilə bilən reklam əngəlləmə xüsusiyyəti, özəl bir API (Proqram Yaratma Kiti) ilə işləməyə başlayır və bundan yararlanan ilk extension olan Adblock Fast, səhifələrdəki reklamların çıxmasına effektiv şəkildə mane olur. Qısa zaman ərzində 50 min insan tərəfindən endirilən bu əlavəni market siyasətini pozduğu üçün əngəlləyən və marketdən silən Google, bu tip proqramlara isti yanaşmır. Çünki gəlirlərinin böyük bir qismini reklamlardan əldə edir.
Bundan sonra Samsung şirkətinin hansı addım atacağı maraqla gözlənilir.
Şərh yoxdur