
"Google" interneti zəif ölkələr üçün Lite rejimini istifadəyə verib
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Zəif internetə sahib ölkələr üçün "Google" yeni Lite rejimini təqdim edib
Bir çox ölkələrdə internet zəif olduğu üçün "Google" yeni internet rejimini təqdim edib. Yeni rejimin adı Lite-dır. Burda əsas
məqsəd insanlara zəif internet şəraitində də xəbərləri oxumaq, hava proqnozunu
öyrənmək və s. kimi məlumatları asanlıqla almaqda yardımçı olmaqdır.
İnternet
zəif olduqda Lite rejimi avtomatik şəkildə aktiv olunur. Bu yenilik əsasən 2G və 3G istifadəçilərinin daha çox işinə yarayacaq. Bu yeni Google rejimi öz
xüsusiyyətlərinə görə Facebook-un Lite rejimi ilə oxşarlıq təşkil edir.

Bu
rejimi istifadəyə verməkdə əsas məqsəd inkişaf etməkdə olan və ya inkişaf səviyyəsi
aşağı olan ölkələrdə insanların internetdən daha asan istifadəsini təmin etməkdir.
Xatırladaq ki, Yaponiya, Amerika, Koreya kimi inkişaf etmiş ölkələr 5G-ni tətbiq
etməyə hazırlaşırlar. Amma Afrika, Hindistan, Asiya kimi ölkələrdə demək olar
ki, 4G-yə hələ tam keçid olunmayıb. Çoxlu əhaliyə sahib olan Hindistan kimi ölkəni
itirməmək üçün "Google"un Lite rejimi tətbiq etməsi gözlənilən qərardır.
Linki kopyala
Həftənin xəbərləri

