main-post-cover

    Google, iOS-dan Android-ə keçmək istəyənlərə həll üsulu təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone istifadə edən şəxsə daha sonra Androidə keçmək bir qədər çətinlik yaradır. Bunu nəzərə alan Google bu problemi həll etmək niyyətindədir.

    Google, iPhone-dan Android-ə keçid etmək istəyənlər üçün tək kliklə problemləri həll edəcək yeni həll üsulu təqdim edib. iOS sistemindəki istifadəçilər bir çox məlumatı, fotonu, kontaktlarını iOS üzərində saxlayır və Android telefona keçdiklərində keçmiş məlumatları əldə etməkdə çətinlik yaşayırlar. Bu da onları hər dəfə yeni telefon alarkən yenə bu cihazın iPhone olması mövzusunda məcburiyyət hissi yaradır. Artıq Google bu problemə həll yolu təklif edib.
     
    Bunun üçün Google tək kliklə bu problemi həll edə biləcək. iOS üzərində Google Drive tətbiqini quranlar bundan sonra tək kliklə iOS cihazı üzərindəki bütün məlumatları Google Drive-a transfer edə biləcəklər. Bunun üçün istifadəçilər Google Drive tətbiqinin tənzimləmələr menyusundan Backup prosesini aktiv etməlidirlər. Proses bir qədər uzun zaman aldığı və telefonun bu müddət ərzində açıq qalması tələb olunduğu üçün Google telefonun tam şarjlı olmasını və WiFi-ın açıq olmasını tövsiyə edir.
    Prosesi tam uğurlu həyata keçirdikdən sonra Google Drive-da qeydiyyatda olan Gmail hesabını telefonda aktiv etdikdə Google Drive üzərindən bütün məlumatları cihazınıza geri yükləyə bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər