Android sisteminin yaradıcısı Google, iOS dünyasına investisiya qoymağa davam edir.
The Verge’dən gələn xəbərə görə firmanın yeni proyekti bir "klaviatura" üzərində qurulub.
iOS cihazlar üçün xüsusi klaviatura yaratdıqları deyilən Google, özündə axtarış sistemi olan bu klaviatura ilə istifadəçilərə ayrı bir GİF düyməsi təqdim etməyi də hədəfləyir. Klaviaturanın iOS’un stok versiyasından daha yaxşı olacağı deyilir, həmçinin üçüncü part versiyalardan sadəcə Google axtarış sisteminə sürətli keçid etməsilə seçilməsi də gələn məlumatlar arasındadır.
Google istifadəçiləri tərəfindən test edildiyi deyilən klaviaturanın nə vaxt istifadəyə verilməsi haqqında dəqiq məlumat yoxdur.
Şərh yoxdur