Artıq elmə bir sıra nəhəng innovasiyalar gətirən google bu dəfə tibb texnologiyası üzərində çalışır. Onu da qeyd edək google bu dəfə ağıllı saat üzərində yox, daha gerçək bir obyekt üzərində işləyir. Google artıq bu cihazın patentini alıb və əsas hədəfi asan və ağrısız şəkildə qan almaqdır.
Şəkildə gördüyünüz kimi dəriyə təmas edən bu cihazın işlənmə mexanizmi xeyli asandır, eyni zamanda maraqlıdır. Əsas özəlliyi qaz vasitəsilə müəyyən təzyiqdən istifadə olunaraq qanın alınmasıdır. Şəkildə görünən, biləyə taxılan cihaz vasitəsilə proses daha detallıca izlənilir. Bu cihaz vasitəsilə həkimlər, eləcə də xəstələr daha tez və sadə test nəticələrini əldə edəcəklər. Onu da qeyd edək ki, bu cihaz vasitəsilə ancaq örnək üçün qan götürüldüyündən, iynə erasının bitdiyi deyə bilmərik. Bu cihazla həmçinin şəkəri ölçmək mümkün olacaq.
Şərh yoxdur