
Google klaviaturasında olan yenilik Android üçün aktivləşəcək
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
İlk əvvəl iOS istifadəçilərinə təqdim olunan yenilik tezliklə Android istifadəçilərin də istifadəsinə verilə bilər. Google tez bir zamanda mobil klaviatura tətbiqində vacib yeniliyə imza atmağa hazırlaşır.
Google-un mobil klaviaturası üçün vacib bir
yenilik təqdim olunacaq
Google, əslində Gboard adını verdiyi yeni
klaviaturasını aylar əvvəl yayımlanmışdı, amma naməlum səbəblərdən bu yenilik
ancaq iOS istifadəçilərinə təqdim olundu.
Google Keyboard-u Gboard əvəz edəcək
İlk əvvəl iOS üçün təqdim olunan Gboard
indi də Android istifadəçilərinə təqdim olunacaq. Google, inteqrasiya axtarış
funksiyaları, GIF axtarış xüsusiyyətlərə sahib olan və Gboard adını verdiyi
yeni klaviatura tətbiqini Android üçün də yayımlayacaq.

Google Keyboard-ın 6.0 versiyası ilə bərabər
yenilənəcək olan klaviaturalar artıq "Google
Keyboard" deyil, Gboard olaraq
adlandırılacaq.
Hələ ki, rəsmi açıqlama edilməsə də
Google-dan sızdırılan məlumatlara görə istifadəçilər yenilikdən çərşənbə günündən
etibarən istifadə edə biləcəklər.
Yenilik bir çoxlarının sevdiyi GIF axtarış
və onları sağa sola yağışdırmaq kimi xüsusiyyətləri ilə diqqət çəkməkdədir. Siz
də bu yenilikdən faydalanmaq istəsəniz, onda yeniliyi aktivləşdirməyi
unutmayın.
Linki kopyala
Həftənin xəbərləri

