Google Maps fotolarından istifadə edərək dünya səyahəti tərzində möhtəşəm video hazırladı

08.05.2017 0 PAYLAŞIM 5676 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

İtaliyalı gəncdən çox möhtəşəm bir video.

Google Maps servisinin 12 illiyi şərəfinə italiyalı tələbə dizayner Marreo Archondis, sözügedən servisin sahib olduğu fotolardan istifadə edərək dünya səyahəti tərzində video hazırlayıb. Google Maps və Google Street View servislərindən ümmumilikdə 3305 fotonu özündə birləşdirən video, dünyanın müxtəlif şəhər və ölkələrinin virtual səyahətinə bənzəyir. Videodakı maraqlı və bir o qədər də möhtəşəm görüntülər, gözəl musiqi, küləl və avtomobillərin səsi ilə müşaiyət olunur. Sözügedən videonun yaradılması üçün Marreo, 1 həftə vaxt sərf edib. Videonun artıq 200.000-ə yaxın baxış sayı var.