main-post-cover

    Google Maps gözlənilən xidməti aktiv etdi!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Təxminən 6 ay əvvəl təşkil olunan Google I/O 2015 konfransı zamanı edilən açıqlamalardan biri də Google Maps'la bağlı idi. Belə ki, qeyd olunmuşdu ki, Google Maps servisinə Offline (xətdənkənar) naviqasiya dəstəyinin gələcəyi söylənmişdi. Aradan keçən bu qədər zaman sonra Google komandası nəhayət bu servisi aktivləşdirdi. 
    1447178001_google-maps-offline-navigation.png

    Google Maps xidməti artıq Offline rejimdə çalışır.

    Google Maps servisini istifadə edənlər artıq internet bağlantısı olmadan da rahat məkan axtarışı edə biləcəklər. Əvvəllər bu sadəcə NokiaHere proqramında olsa da, artıq Google komandası da bu xidməti öz servislərində quraşdırdılar.
    1447178895_google-maps-off.gif
    Yenilənmədən sonra yaşadığınız bölgə ilə bağlı məlumatlar telefona köçürüldükdən sonra artıq internet bağlantısı olmadan da istənilən ərazini tapa biləcəksiniz. Hətta bunlarla yanaşı, turn by turn naviqasiya, gedəcəyiniz yeri işarələmə, oraya təxmini çatma intervalı, bəzi yerlər üçün əlavə məlumatlara da sahib olacaqsınız.
    Linki kopyala