main-post-cover

    Google nəhayət gözlənilən planşeti açıqladı!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Alphabet adı altında Google həyata keçirdiyi tədbirdə Nexus 5X ve 6P ilə yanaşı özünə aid ilk planşetini də tanıtdı: Pixel C. İlk dəfə iş ortaqlığı üzərindən deyil, öz markası altında bir planşet tanıdan şirkətin planşeti Apple’ın iPad Pro’suna və Microsoft’un Surface’inə ciddi rəqib olacağına bənzəyir. Chromebook Pixel notebook seriyasının dizaynına oxçayan 10.2 inçlik 2560×1800 keyfiyyətli və 308 ppi ekrana sahib planşet; 4 nüvəli, NVIDIA Tegra X1, Maxwell GPU və 3 GB LPDDR4 RAM'la təchiz olunub. Qoşulma üçün isə yeni nəsil Nexus’larda olduğu kimi USB Type-C istifadə olunub. Klaviatura isə təəssüf ki, standart pakete daxil deyil və 149 dollar ödənilərək alınması lazımdır. Qiymətinə gəldikdə isə; Pixel C’nin 32 GB’lıq daxili yaddaşa sahib modeli 499 dollar, 64 GB’lıq modeli isə 599 dollardır. Hələlik dəqiq çıxış tarixi verilməsə də planşetin ilin sonunda, Yeni il qabağı çıxması gözlənilir.
    Linki kopyala