
Google Nexus 6 istifadəçiləri şikayət edirlər. Səbəb nədir?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Technote.az-ın "Phonearena.com” saytına istinadən verdiyi xəbərə əsasən Google Nexus 6 smartfonunun dünyadakı bütün istifadəçiləri LTE şəbəkə funksiyasında yaranmış problemdən şikayət ediblər.
Onlar bu funksiyanın çalışmadığını qeyd ediblər. İlk öncə bu
problemlə ABŞ-da T-Mobile operatorunun istifadəçiləri qarşılaşıblar. Daha sonra
bu problemin yaranması haqqında Kanada, Meksika, Avstraliya, Finlandiya, İsveç,
Almaniya və Hon Konq vətəndaşları qeyd ediblər. Google-ın rəsmi forumunda şirkət
mühəndislərindən biri qeyd edib ki, Google və Motorola artıq problemin aradan
qaldırılması üzərində çalışır. Hal-hazırda LTE şəbəkə ilə yaranmış problemin səbəbi
bilinmir. Lakin bir çoxları güman edir ki, bu problemin yaranmasında Android təhlükəsizliyi
üzrə təqdim olunmuş yeniənmə səbəbkardır. Bundan əlavə olaraq problem haqqında
həmçinin köhnə Android versiyasının istifadəçiləri də şikayətləniblər.

Linki kopyala
Həftənin xəbərləri

