main-post-cover

    Google ona kömək edənlərə hədiyyələr verəcək!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Google Maps hamımızın bildiyi kimi ən çox istifadə olunan xəritə proqramıdır. Apple Store'da da öz yerini almasından sonra bu ilin əvvəlində "Local Guides" yəni, "Yerli Rəhbər" adlı xüsusiyyətini də təqdim etmişdi.
    Bu özəllik ilə istifadəçilərin yaşadıqları bölgələri tanıtmaları və həmin bölgə haqqında fikirlərinin alınması əsas hədəf kimi nəzərdə tutulub. Bu fikirlərin Google Maps tərəfindən paylaşılması üçün hər şərhin ən az 50 bəyənmə (like) alınması əsas şərtdir.
    15-11/16/google-odul-dagitacak-1447673166.jpg
     
    Google yeni səsləndirdiyi bu addım ilə proqramın daha da inkişaf etdirilməsinə kömək edəcək insanlar üçün hədiyyələr verəcək. Başlanğıc səviyyədəki istifadəçilər üçün müxtəlif endirimlər və bir sıra xidmətlər üçün icazələr veriləcək. Səviyyələr qalxdıqca hədiyyələrin miqyası da qalxır. Məsələn, üst səviyyə istifadəçilərə 1 TB Google Drive hesabı hədiyyə olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər