main-post-cover

    Google öz ad gününü maraqlı doodle ilə qeyd etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ən populyar axtarış sistemi olan Google ayda 41 milyard 345 milyon sorğu həyata keçirir

    "Google" 2 sentyabr 1998-ci ildə qurulsa da, Google.com domeni 15 sentyabr 1997-ci ildə alınıb. Axtarış platforması Google, 2000-ci ildən etibarən 7 və ya 27 sentyabr tarixlərində ad gününü qeyd etsə də, bu il bu ənənəyə dəyişiklik edərək tarix 27 sentyabra keçirilib. "Google", Stenford universitetinin tələbələri Larri PeydjaSergey Brin tərəfindən təhsil layihəsi olaraq yaradılıb.
     
     
    Onlar 1996-cı ildə BackRub adlı axtarış sistemi üzərində çalışıblar, 1998-ci ildə isə Google-u yaratmağa nail olublar. "Google" yarandığı ilk ildən etibarən OKR idarə sistemi tətbiq olunmağa başladı, hansı ki, bu da inkişafın planlaşdırılması və şirkətin korporativ idarəetməsini müəyyən etməyə şərait yaratdı.
    Google adı haqda məqaləni burdan əldə edə bilərsiniz. Google-ın bu qədər çox sevilmə səbəbi isə asan, rahat idarə olunması və məlumatı daha tez əldə etməklə əlaqəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər