Google, öz blog postunda Windows 10-dakı boşluğu paylaşaraq Microsoftu dəliyə çevirdi!

Google, öz blog postunda Windows 10-dakı boşluğu paylaşaraq Microsoftu dəliyə çevirdi!

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Google"un öz blogunda Windows 10-daki bir təhlükəsizlik boşluğunu ifşa etməsindən sonra "Microsoft", "Google"un boşluğu ifşa edib istifadəçilərini təhlükəyə atdığını səbəb göstərərək günahlandırdı.

Əməliyyat sistemlərinə mütəmadi olaraq gələn təhlükəsizlik yenilənmələri ilə bildirilən boşluqlar bağlanaraq istifadəçilərin daimi olaraq təhlükəsizlikdə olmalarına şərait yaradılır. Bu səbəbdən də hər əməliyyat sistemdə gələn yenilənmələri nəzarətdə saxlayıb, cihazınıza yükləməyiniz mütləqdir. 
Bu səbəbdən istər Android, istərsə də  Windows kimi platformalar etdikləri yenilənmələr ilə bağlanan boşluqları və bu boşluqların əhəmiyyətini açıqlayarlar. Lakin keçdiyimiz günlərdə "Google" tərəfindən paylaşılan bir blog yazısında Windows 10-dakı ciddi bir təhlükəsizlik boşluğundan danışılması, hətta boşluğun harda olduğunun dəqiq olaraq başa salınması "Microsoft" narahat edib.
Tam olaraq ifşa olduğunu iddia edən "Microsoft", "Google"u bu boşluğu özlərinə bildirmək yerinə blog ilə bütün dünyaya təqdim etmənin və hətta boşluq ilə bağlı detalları vermənin pis niyyətli şəxslərə yol göstərdiyini, bu səbəbdən bütün Windows 10  istifadəçilərini tam olaraq təhlükəyə atdığını iddia etdi.
Əslinə qalsa bu mövzuda "Microsoft" haqqlıdır. "Google" bəlkə boşluğu "Microsoft"a bildirib onu xəbərdar etmək məqsədi ilə bu postu paylaşmış olsa da hacker cəmiyyətinə də boşluğu göstərmiş olduğu üçün "Google"un bu blog postu ilə "Microsoft"un bəhs etdiyi kimi bütün Windows 10 istifadəçiləri təhlükə altına girdi. Bu səbəbdən "Microsoft"un sözügedən boşluğu ən qısa müddətdə bağlayıb yenilənmə paylaşması mütləqdir. 
Sözü gedən blog yazısına burdan baxa bilərsiniz.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×